Rusiya bu açıqlama ilə özünü gülünc vəziyyətə saldı

Bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski rusların guya nəzarətə götürdüklərini elan etdikləri Kupyansk şəhərindən çəkiliş paylaşmışdı. Kremldə bu videonu gördükdən sonra bildirdilər ki, Zelenskinin Kupyanskdakı videosu 2022-ci il fevralın 23-də, yəni “xüsusi hərbi əməliyyat”ın başlamasından bir gün əvvəl çəkilib.

Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Dadaş Əhmədli qeyd edib.

Politoloq bildirib ki, Rusiya rəsmiləri Kupyanskın nəzarət altına alındığını elan etməkdən daha tez ifşa olunan yalan danışmış olublar:

“Kreml rəsmilərinə inansaq, belə çıxır ki, Ayfon-17 Pro Maks (iPhone 17 Pro Max) istehsalından təxminən 4 il əvvəl Zelenski onu “icad və istehsal” edib və hətta çəkiliş də aparıb”.

Share on Facebook