Ukrayna Prezidenti Vladimir Zelesnkinin Polşaya səfəri Varşava və Kiyevin strateji sahələrdə, xüsusən də təhlükəsizlik məsələlərində birləşdiyinin sübutudur.
Sozcu.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski deyib.
O bildirib ki, Rusiya təhlükəsi 2022-ci ildən çox əvvəl başlayıb:
“Polşada Qroznı və Gürcüstanı, eləcə də keçmiş Polşa prezidenti Kaçinskinin sözlərini xatırlayırlar: Rusiya öz hərəkətləri ilə beynəlxalq nizamı məhv edir və beynəlxalq hüquq prinsiplərini tapdalayır”.
