Avropa Birliyi liderləri Ukraynaya 90 milyard avro (105 milyard dollar) kredit verməklə bağlı razılığa gəliblər.
Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, liderlərin Ukraynanın qarşıdakı iki il üçün hərbi və iqtisadi ehtiyaclarını ödəyəcəyini söylədiyi razılaşma Brüsseldə keçirilən sammitdə bir gündən çox davam edən danışıqlardan sonra əldə olunub.
Qeyd edək ki, AB liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılığa gələ bilməyiblər.
