Kilsə siyasi partiyaya çevrilib - bu, qəbuledilməzdir - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qareginlə “müharibəni” davam etdirir.

Sozcu.az-ın məlumatına görə, Nikol Paşinyan Facebook-da paylaşdığı videoda bildirib ki, Ermənistandakı adi kilsələrdə mənəvi mövzularda moizələrə çoxdan rast gəlinmir.

O keşişləri siyasiləşməkdə ittiham edib.

"Onlar siyasi mətnlər yazırlar. Kilsə siyasi partiyaya çevrilib ki, bu da qəbuledilməzdir. Mən bu hadisədən xəbərsiz idim; mənə hazırkı kilsə rəhbərinin (II Qaregin-red.) hava limanında "İnsanlar haradadır?" deyə soruşduğunu göstərdilər. Amma orada heç kim yoxdur. İnsanlar yoxdur, çünki o, xalqla birlikdə deyil, çünki onları kilsədən uzaqlaşdırıb", - deyə Paşinyan qeyd edib.

Share on Facebook