Ukrayna müharibənin 1396-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 195 610 hərbçi, 11 433 ədəd tank, 23 769 ədəd zirehli döyüş maşını, 35 287 ədəd artilleriya sistemi, 1 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 263 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 70 721 ədəd avtomobil texnikası, 92 488 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 028 xüsusi avadanlıq itirib.
