Ermənistanda hərbi xidmət müddəti azaldıldı

Ermənistan parlamenti ikinci və son oxunuşda məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Sozcu.az xəbər verir ki, 65 millət vəkili qanun layihəsinin lehinə, 4-ü əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.

Xidmət müddətinin qısaldılması təklifi ilk dəfə sentyabr ayında Ermənistan Müdafiə Nazirliyi tərəfindən irəli sürülmüşdü.

Share on Facebook