Bir neçə saatdan sonra erməni katolikosunun Laçındakı sərhəd məntəqəsindən keçəcəyi gözlənilir…

Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, işğalları və soyqırımlarının əsas ideoloqu olan Ermənistan kilsəsinin baş keşişi Azərbaycanın Yuxarı Qarabağ torpaqlarını 6 iyunadək gəzməyi planlaşdırıb…

Hələ mayın 26-da xəbər verdiyimiz kimi, bütün ermənilərin katolikosu II Qaregin bu gün – iyunun 3-də Zəngəzur və Qarabağa öncədən planlaşdırdığı səfərə başlayıb.

Sozcu.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.

Erməni din xadiminin əvvəlcə qədim Zəngəzurun Gorus şəhərindəki kilsəni ziyarət edəcəyi, sonra isə Ermənistanın Azərbaycanın Qubadlı rayonu ilə sərhədində yerləşən Şurnuxu kəndinə baş çəkəcəyi bildirilir. Daha sonra II Qareginin Rusiya sülhməramlı(?) hərbi kontingentinin nəzarətində olan Laçın “dəhliz”i ərazisindəki Azərbaycan dövlət sərhədini pozub torpaqlarımıza ayaq basacağı, Laçın və Şuşa rayonlarından keçərək Xankəndinə yollanacağı gözlənilir.

Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, işğalları və soyqırımlarının əsas ideoloqu olan Ermənistan kilsəsinin baş keşişi Azərbaycanın Yuxarı Qarabağ torpaqlarını 6 iyunadək gəzməyi planlaşdırıb.moderator

Facebook Comments