Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası mayın 18-də saat 11:00-da keçiriləcək.
Müsavat Partiyasından verilən məlumata görə, sessiyada Məclisin sədri, katibi və Divan üzvləri seçiləcək.
Namizədlərin irəli sürülməsi prosesi mayın 15-i saat 18:00-dək davam edəcək.