Ukrayna rəsmisi Putinin andiçmə mərasimini ələ saldı

Ukrayna rəsmiləri Rusiya prezidentinin andiçmə mərasimini “düşərgə lotusunun növbəti tacqoyma mərasimi” adlandırıblar.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu bənzətməni Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak öz “Telegram” kanalında paylaşıb.

Vladimir Putini “klassik aztəhsilli diktator” adlandran Podolyak qeyd edib ki, Rusiya azad ölkə deyil və başqalarının qanına susayan, nifrət, paxıllıq kompleksləri olan tam bir diktatura ilə idarə olunur.

Share on Facebook