Prezidentdən qərar: Yeni cərimələr müəyyənləşdi

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr müəyyənləşib.

Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Share on Facebook