Bu ölkədən İsrailə raket atıldı

Yəmən ərazisindən İsrailə raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd olunub ki, hazırda raketin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işləyir.

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İsrailin müdafiə hazırlığı İranın cavab hücumunun genişmiqyaslı ola biləcəyi gözləntisini yaradır. Hərçənd, İran rəhbərliyi dilemma qarşısında qalıb: - İsrailə böyük hücum müharibəni genişləndirə və İrana qarşı beynəlxalq müdaxiləni aktuallaşdıra bilər; - İmitasiya xarakterli hücumla kifayətlənib, danışıqlar masasına gələrsə, ağır şərtləri qəbul etməli olacaq və bu, rejimin İran cəmiyyətinə cavab verməsini çətinləşdirəcək: Əsədin devrilməsindən sonra Suriyadan çıxdıqları zaman eyni suallarla üzləşmişdilər; - Müəyyən cavab tədbirlərindən sonra diplomatik masada danışıqları imitasiya etməsi və nüvə silahı əldə etmək üçün zaman qazanması da çətin görünür, xüsusilə bugünkü hücumdan sonra. Bu baxımdan, İran rəhbərliyinin vəziyyətdən necə çıxacağı sual altındadır. Və İsrailin İranın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışacağı aydın görünür. Asif Nərimanlı

Hersoq və Netanyahunun təyyarəsi Yunanıstana aparıldı

İsrail hökumətinə məxsus göyərtəsində yüksək vəzifəli məmurların olduğu təyyarə Afinaya eniş edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu arədə Yunanıstanın "newsbreak.gr" xəbər portalı məlumat yayıb. Portalın məlumatına görə, bu addım İranın mümkün qisas hücumundan qorunmaq məqsədilə atılıb. Bildirilir ki, İsrail Prezidenti İshaq Hersoqla Baş nazir Benyamin Netanyahunun rəsmi səfərlərdə istifadə etdiyi hökumət təyyarəsi müvəqqəti olaraq Yunanıstana köçürülüb. Qeyd olunur ki, bu təyyarə İsrailin ən mühüm strateji aktivlərindən biri hesab olunur. Daha əvvəl təyyarənin Kiprə uçduğu bildirilmişdi, lakin Kipr rəsmiləri bu məlumatı təkzib ediblər. Portal hesab edir ki, təyyarənin Afinaya göndərilməsi Yaxın Şərqdə artan gərginlik fonunda Yunanıstanın dolayısı ilə prosesə cəlb olunması kimi qiymətləndirilə bilər. Xatırladaq ki, Təl-Əvivdəki Ben Qurion hava limanı hazırda bağlanıb və İsrailin hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

İsrail Hərbi Hava Qüvvələri hazırda Fordodakı yeraltı nüvə obyektini onlarla bunker bombası ilə bombalayır. Sozcu.az xəbər verir ki. bu barədə İsrail Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, bu, İranın flaqman nüvə obyektidir.

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

İran hökumətinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyi ilə zəng edirlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalının efirində bildirib. “İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - o deyib. İranın niyə indi, İsrailin hücumlarından sonra saziş bağlamaq istəməsi ilə bağlı sualın cavabında o vurğulayıb ki, İran hökumət nümayəndələri artıq ona bu cür təkliflərlə müraciət edirlər. “Onlar mənə zəng edirlər, saziş haqqında danışmağa çağırırlar”, - Tramp söyləyib.

Makron Netanyahu ilə danışdı

Fransa Prezidenti Emmanuel Makronla İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey sarayndan məlumat verilib. Telefon danışığının təfərrüatı barədə məlumat verilməyib.

Tehran və Qumda yeni partlayışlar oldu

İranın paytaxtı Tehranda və Qum şəhərində yeni partlayışlar baş verib. Sozcu.az xəbər verirk ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir.

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

Son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib". Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. "Bu cür absurd və fantastik iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və yalnız qəsdən yayılmış dezinformasiyadan başqa bir şey deyil. Biz bu saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik", - deyə H.Hacıyev qeyd edib.

İsrail daha bir SEPAH komandanını öldürdü

İsrailin hücumu nəticəsində SEPAH hava hücumundan müdafiə qüvvələrinin komandanı Davud Şeyxianı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İran KİV-I məlumat yayıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

ABŞ İranın mümkün cavabına qarşı Yaxın Şərqə əlavə hərbi qüvvələr cəmləşdirir

ABŞ İranın İsrailin endirdiyi zərbələrə cavab verəcəyi ehtimalını nəzərə alaraq, hərbi resurslarını Yaxın Şərqə istiqamətləndirir. APA-nın məlumatına görə, bu barədə xəbəri “Associated Press“ yayıb. Bildirilib ki, bu məqsədlə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “US Thomas Hudner” hərbi gəmisini Şərqi Aralıq dənizi istiqamətinə göndərib, digərini isə hazırlıq vəziyyətinə gətirib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp yaranmış vəziyyəti müzakirə etmək üçün Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda

Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar. Sozcu.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, vəziyyətlə bağlı ardıcıl işlər gedir. Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib. “Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir.

Netanyahu: İrana hücum əmrini daha əvvəl vermişdim, lakin əməliyyat təxirə salındı

“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxirə salınırdı”. Sozcu.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb. O deyib ki, əməliyyatın keçirilməsi üçün ilk tarix aprel ayının sonu olaraq müəyyən olunmuşdu. İsrail hökumətinin rəhbəri eyni zamanda, İrandakı “Fordo” nüvə obyektinin sonrakı taleyi barədə heç nə deməyib.

Azərbaycan İrandan təxliyəyə başladı

Azərbaycan İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Sozcu.az xəbər verir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb. Əldə olunmuş məlumata əsasən, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, ölkəmiz İran İslam Respublikasından təxliyyələrin həyata keçirilməsinə dəstək göstərir. Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

İranın Natanz nüvə obyektində sızıntı oldu

İranın Natanz nüvə kompleksində radiasiya sızıntısı olub. Sozcu.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatı məlumat yayıb. "Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb. Obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək”, - məlumatda bildirilib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Türkiyədə kritik toplantı: İsrailin hücumları müzakirə olunur

Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş qərargah rəisi Mətin Gürak və MİT rəhbəri İbrahim Kalın Xarici İşlər Nazirliyinin binasında iclas keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə İsrailin İrana hava hücumu və bunun mümkün nəticələri müzakirə olunub. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, sözügedən addım təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

52 nəfərin diplomu tanınmayıb - Agentlik

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb. Sozcu.az xəbər verir ki, 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür. Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.

Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır – Mərkəzi Bank

Mərkəzi Bank Azərbaycanda “Keşpay” ödəniş terminallarına sahib olan “Katech” QSC-yə bildiriş göndərib. Sozcu.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunub. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.

İtkin düşən gəncin meyiti tapıldı: Ayağı kəsilib, gözləri... - Video

İyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb. Sozcu.az xəbər verir ki, doğmaları hadisənin gecə saatlarında Quba şəhəri ərazisində baş verdiyini bildiriblər. İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb. Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər. "11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib. Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilmiş, kanala suyun verilişi dayandırılmışdı. Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daha ətraflı videomaterialda:

Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb etdi

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib. Sozcu.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında bildirib. Ermənistanın Baş naziri katolikos II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini “Azərbaycan” və ya “Türkiyə izi” kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür. Paşinyan vurğulayıb ki, çoxları onun yeni katolikosluğa namizədinin olmasına haqq qazandırmaq istəsə də, təəssüf ki, onun bu posta namizədi yoxdur.

Suyun qiyməti artacaq? – ”3 manat olması ağır maliyyə yüküdür”

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA - keçmiş "Azərsu") dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb yekun qərar verilə bilər. Amma ADSEA dəfələrlə rəsmi açıqlamalarında və açıladığı statistikada göstərir ki, hazırda su maya dəyərindən 3 dəfə aşağı qiymətə satılır. Faktiki olaraq, bu qurum zərərlə işləyir”. Bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib. O bildirib ki, zərəri aradan qaldırmaq üçün suyun maya dəyərini aşağı salmaq lazımdır: “Zərərdən çıxmaq üçün alternativ olaraq qiymətlərin artırılması üzərində düşünülür. Amma hesab edirəm ki, bu alternativ deyil. Zərəri aradan qaldırmaq üçün suyun maya dəyəri aşağı salınmalıdır. Maya dəyərinin aşağı salınması üçün dövlət bu sahəyə əlavə investisiya yatırmalıdır. Ya da özəl qurumları bu sahəyə cəlb etməlidir. Yəni özəl sektor bu sahəyə sərmaye qoymalıdır. İstehsal olunan suyun təxminən 40 faizi itkiyə və başqa məqsədlərə gedir. Bu itkinin qarşısı alınmalıdır. Məsələn, borular yenilənməlidir. Bir sözlə, bu sahəyə ciddi həcmdə sərmaye yatırılmalıdır”.  Ekspert vurğulayıb ki, suyun qiymətini artırmaq hesabına maya dəyərini azaltmaq düzgün variant deyil: “Bu sahəyə investisiya qoymaq üçün dövlətin yetərincə imkanı var. Suyun 40 faizinin itkiyə getməsi milyonlarla manatın itirilməsi deməkdir. Vaxtilə təbii qaz sektorunda da bu cür itkilər olurdu. Dövlət Neft Şirkəti (SOCAR) müəyyən investisiyalarla həmin ziyanın həcmini xeyli azaltdı. Eyni təcrübəni su sahəsində də etmək olar. Dövlət qurumları bunun üzərində işləməlidir. Onsuz da maya dəyərinin qarşılanması üçün suyun tarif qiyməti 3 dəfəyədək artırılmalıdır. Yəni 1 kubmetr suyun qiyməti hazırda 1 manatdırsa, bunu 3 manatadək artırmaq lazımdır ki, qurum zərərlə işləməsin. 1 kubmetr suyun 3 manat olması isə əhalisi üçün kifayət qədər ağır maliyyə yükünə çevriləcək. Fikrimcə, birdən-birə belə radikal qiymət artımı olmayacaq. Amma tariflərdə müəyyən artımlar ola bilər. 3 manata başa gələn su 1 manata satılırsa, ADSEA hər kubda 2 manat ziyana gedir. Bunu bir şəkildə kompensasiya etməyi düşünürlər. Bu baxımdan, bu il 20-30 faizlik qiymət artımına gedə bilərlər”.

"Qəzzada ölən uşaqları görəndə bütün bədənim ağrıyır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Qəzzadakı vəziyyətdən danışıb. Sozcu.az "The Atletic"ə istinadən xəbər verir ki, mütəxəssis bu haqda Mançester Universitetindəki çıxışı zamanı söz açıb. Qvardiola müharibə şəraitində olan şəhərin durumunun onu məyus etdiyini deyib: "Qəzzada gördüklərimiz çox ağrılıdır. Bu ağrını bütün bədənimdə hiss edirəm. Açığını deyim - bu, ideologiya ilə bağlı deyil. Demək istəmirəm ki, mən haqlıyam, sən isə haqsızsan. Bu, sadəcə olaraq, həyat eşqi, digər insanlara qayğı ilə bağlıdır. 4 yaşlı oğlan və qızların bomba altında qaldığını, öldürüldüyünü görəndə düşünə bilərik ki, bu bizim işimiz deyil. Yaxşı. Amma diqqətli olun. Növbəti uşaq bizim uşağımız ola bilər.  Bu kabus Qəzzada başladığından bəri hər səhər övladlarım Mariya, Marius və Valentinanı görəndə qorxu hissi keçirirəm".Qol.az)

Sabit tarif: evdə yaşamasan da işıq və qaza pul ödəyəcəksən!

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov və energetika nazirinin müavini Samir Vəliyev deyiblər ki, ölkədə qaz və elektrik enerjisində sabit tarif tədbiq olunacaq. Yəni, Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər, bu yanaşma təbii qaz təhcizatına da aid ediləcək. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. “Məntiq belədir ki, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz. Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında zatən iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk. İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su-işıq-qaz təbii inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq-qaz-su olmayanda, şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi? Məsələn, mən şəhərin mərkəzinə çox yaxın, Bayılın girəcəyində yaşayıram, dünən 8 saat qaz olmayıb – buna görə mənim qarşımda nə məsuliyyətləri yaranıb?! Məsuliyyət təktərəfli olmur axı ki, tək vətəndaşın çiyninə yüklənsin, bəs şirkətlərin məsuliyyəti hardadı?! Üçüncüsü, bunların “məntiqinə” görə, məsələn, metronun iki- üç-dörd çıxışı var, həm də yeraltı keçiddir, sən metroya minmədən yeraltı keçiddən keçsən, infrastruktura görə pul ödəməlisən. Və ya, özəl sektor, məsələn, investisiya qoyur, infrastruktur yaradır, mağaza tikir – bunların “məntiqinə” görə, dükana girib, heç nə almadan çıxan vətəndaş qapıda kassaya 1-2 manat ödəməlidir. Bəs necə, bu iş adamı da mağazanı qapımızın ağzına qədər gətirib, infrastruktur qurub axı – elə deyil?! Yəni, belə dünyagörüşü, belə məntiqlə ölkəni idarə etmək istəyən məmurlar, belə bir sistem var, bu təkliflərin əsl səbəbi isə odur ki, büdcə daxilolmaları, neft gəlirləri azalır-azalacaq, bunun fonunda islahatlara getməkdənsə, hökumət büdcədən subsidiyaları kəsib, həmin vəsaiti vətəndaşa yükləyərək, bizim vasitəmiz isə öz təbii inhisarşılarına pul vermək istəyir”.

Biləsuvarda müsavatçılar mühakimə olunur

Bu gün Biləsuvar rayon Məhkəməsində Müsavat Partiyasının iki Məclis üzvü Ələddin Ələskərli, Qoşqar Nuralı və partiyanın üzvü Cabir Vəliyev barədə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edəcək. Bu haqda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində məlumat yayıb. “Yeni il axşamı bir restoranda baş verən mübahisə nəticəsində başlayan bu məsələnin adətən olduğu kimi elə ilk mərhələdə yerli hüquq mühafizə orqanları tərəfindən həll olunmaması, barışıq cəhdlərinə məhəl qoyulmaması bu işin də arxasında xüsusi sifarişin olduğunu düşünməyə əsas verir”-deyə, Arif Hacılı vurğulayıb.