Ermənistan ordusunda intihar: əsgər silahla özünü vurub

Dünən Ermənistan ordusunda daha bir ölüm hadisəsi qeydə alınıb. Hərbçi Smbat Kirakosyanın cəsədi tapılıb.

Sozcu.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsindən bu gün yerli mətbuata bildirilib ki, hadisə intihar kimi təsnif edilir.

"12 dekabr 2025-ci ildə hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hərbçi təyin olunmuş silahla özünü başına atəş açıb və nəticədə ölümünə səbəb olub".

Share on Facebook