Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ olacaq? – Seysmoloq açıqladı

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir.

Sozcu.az bildirir ki, seysmoloq Ənvər Əliyevə NOCOMMENT.az-a açıqlamasına görə, Xəzər dənizi regionun ən mürəkkəb tektonik zonalardan biridir:

“3‑4, bəzən 5‑ə qədər maqnitudalı zəlzələlər tamamilə mümkündür və “hiss olunan zəlzələ” halı da arzuolunmaz deyil. Lakin mövcud geoloji şəraitə baxmayaraq, Azərbaycanda “dağıdıcı və güclü zəlzələ” ehtimalı yüksək deyil. Ölkədə hazırda baş verən kiçik təkanlar mütləq “böyük zəlzələnin siqnalı” sayılmamalıdır. Lakin, seysmik aktivlik olduğu üçün risk heç zaman sıfır deyil və vətəndaşlar, tikinti sektoru və yerli idarəetmə daima ehtiyatlı olmalıdır”.

Share on Facebook