Türkiyənin Dənizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən bir fabrikin anbar hissəsində yanğın baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadalar göndərilib.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
