Rusiyanın neft emalı zavodları vuruldu

Bu gün Rusiyanın bir neçə regionundakı neft emalı zavoduna PUA hücumu edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Volqoqrad vilayətindəki Uryupinsk şəhərində neft emalı zavoduna zərbələr endirilib. Yerli sakinlər güclü partlayış və yanğınların baş verdiyini bildiriblər.

Hücumları Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov da təsdiqləyib.

Bundan başqa, Smolensk vilayətindəki DRES-ə PUA zərbələri endirilib.

Yaroslavl şəhərindəki “Slavneft-YANOS” ASC-yə məxsus neft emalı zavodu da vurulub.

Rusiya Teleqram kanalları Krasnodar diyarındakı Afipski neft emalı zavodunun da vurulduğunu bildiriblər.

Share on Facebook