28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! - Ceyhun Nəbi

Bu ildə 28 may çox sönük keçdi. İnsanların üzündə bayram sevincinə, təbəssümünə rast gəlmədim. Özünü müstəqil adlandıranlar ən önəmli bayram tədbirinə, bəşəri anlamda şərq üçün böyük əhəmiyyət kəsb edən hadisəyə biganə yanaşmaqla, sanki onun dəyərsizləşməsinin sevincini, xoşbəxtliyini yaşayırlar. Müstəqilliyin hörmətdən salındığı ölkədə sistem təsirlərindən kənarda da toplum üçün 28 may onsuzda bir məna kəsb etmir. Ancaq məişət işləri, bayağı həyat tərzi seçən, gündəlik yaşam proqramının 10-15 saatını çayxanalarda keçirən, məqsəd və məramı müsbət bir mahiyyət kəsb etməyənlərə 28 mayın nəsə anlatması qeyri-mümkün hal olduğunu düşünürəm.  28 mayı anlamaq üçün sağlam düşüncə, iradə və vicdanının olması mütləqdir. 28 may sadəcə bir təqvimdə gün deyil. Bizim insan kimi həyat başlanğıcımız 1918-ilin 28 mayından başlayır. Öz ilk hüquqi dövlətimizi elan etdik, öz hökumətimizi ərsəyə gətirdik, ordumuzu, polisimizi, pulumuzu, rabitə sistemimizi yaratdıq. Dövlət adımızda həmin tarixdən məkan adından çıxaraq həmdə siyasi quruluşa çevrildi. Şərqdə və bütünlükdə müsəlman dünyasında bərabəri olmayan və çəkiləri ilə müqayisə olunmayacaq intellektuallar, yüksək təhsil almış, siyasi təcrübəyə sahib sabiq Duma vəkilləri, hüquqşünaslar, mühərrirlər, qələm sahibləri, redaktorlar dövlətin ali məsul vəzifələrini öz üzərlərinə aldılar. O qədər böyük işlər həyata keçirdilər, ərsəyə gətirdilər ki, həmin tarixə qədər bizim toplum bunu təsəvvür etmək qabiliyyətinə sahib olmadığını qeyd etməliyik. Bu gündə çox təəssüf ki, anlamırlar, anlamaqda çətinlik çəkirlər.  28 may məfkurəsi bizim xilasımızın adıdır. Müstəqillik, demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, Avropa ailəsinin bir parçası olmaq. Məfkurəmizi tanıyaq, anlayaq və ona hər zaman sadiq qalaq ! 28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Sabiq nazirin oğluna yüksək vəzifə verildi

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub. Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur. Qeyd edək ki, Zaur Ələkbərov 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsinə çalışıb.

İsveçdən Ukraynaya 1.3 milyard dollarlıq YARDIM PAKETİ

İsveç Ukraynaya 1.3 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini göndərəcək. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı hökumətin saytında verilən məlumatda deyilir. Məlumata görə, paketə uzaqmənzilli radar kəşfiyyat təyyarəsi, tırtıllı zirehli transportyorları, 155 mm-lik artilleriya sursatları və raketlər daxil olacaq. Sözügedən təyyarə 500 km-ə qədər hədəf aşkarlama radiusuna malikdir. Bu, təlim və texniki avadanlıqlarla təmin olunacaq. Ölkə hökuməti bunun “hava və dənizdəki hədəflərə qarşı tamamilə yeni radar kəşfiyyatı və döyüş nəzarəti qabiliyyətini” təmin edəcəyini bildirib.

Sabah 33 dərəcə isti olacaq

Mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 15-20° isti, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

Zelenski-Makron görüşü olacaq - Məkan və tarix...

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Görüş iyunun 6-da Normandiyada baş tutacaq. “Prezident Zelenski gələn həftə Fransaya tədbirlərə gələrkən, onu qəbul etmək və daha sonra nə edəcəyimizi bildirmək üçün çox konkret danışmaq imkanım olacaq”, - Makron söyləyib.

"Hər gün sülh müqaviləsini imzalamaq üçün gözəl fürsətdir" - Paşinyan

"Hər gün sülh müqaviləsini imzalamaq üçün gözəl fürsətdir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Daimi Komitələrinin birgə iclasından sonra jurnalistlərə deyib. "Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, razılaşmalar əldə olunacaq, daha doğrusu, o razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onları sülh müqaviləsinin mətnində təkrarlamaq qalır. Düşünürəm ki, bir günə o işi bitirmək şansımız var. Deyə bilərəm ki, indi atmosferdə ciddi dəyişiklik var, lakin bu, hələ ki, finişə çatdığımız anlamına gəlmir, imza atmaq qalır", - deyə Paşinyan qeyd edib.

Baydenin çağırışı Szinpinə təsir etdi: qərarını dəyişdi

Çinin lideri Si Szinpin iki il əvvəl Rusiyaya silah verməyə hazır idi, lakin ABŞ Prezidenti Co Baydenin telefon zəngindən sonra o, bundan imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Vaşinqton administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Bayden 2022-ci ilin martında Szinpinə zəng edərək, Moskvaya silah tədarük edəcəyi təqdirdə ABŞ-ın cavab addımı atacağı barədə xəbərdarlıq edib. İddia olunur ki, Çin lideri keçmiş baş nazirin müavini Liu Heyə (2018-2023) Rusiyaya hərbi əməliyyatlarda gizli yardımın göstərilməsinə nəzarət etməyi tapşırıb: “Eyni zamanda Çin Ukraynaya və onun avropalı tərəfdarlarına sülh yolu ilə nizamlanma təklifləri göndərib”.

Polşa: Bizim silahlarla Rusiyaya zərbə endirilə bilər

Polşa hakimiyyəti Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücum üçün Varşavadan aldığı silahlardan istifadəsini məhdudlaşdırmır. Sozcu.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin nümayəndəsi Sezari Tomçik deyib. “Ukraynaya tədarük etdiyimiz Polşa silahlarına belə məhdudiyyətlər yoxdur”, - o bildirib.

SEPAH etnik bəlucları güllələdi: ölənlər var

Mayın 28-də Sistan və Bəlucistan əyalətinin Səravan rayonunun Kəlleqan sərhəd bölgəsində SEPAH qüvvələri pərakəndə yanacaq alveri ilə məşğul olan bəluclara atəş açıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəalların Kampaniyası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 12 nəfər ölüb və yaralanıb. Öldürüləndən üçünün - Şükrullah Rigi, Əsgər Sasuli və Əbdülvase adlı şəxsin kimliyi məlumdur. Digər ölən və yaralananların kimliyini isə müəyyən etmək mümkün olmayıb. Bununla yanaşı, eyni gündə Səravanın İsfəndək sərhəd bölgəsində də oxşar hadisə baş verib. SEPAH qüvvələrinin atəşi nəticəsində 18 yaşlı Fərhad Sepahi öldürülüb, yaralanan 3 nəfər isə həbs edilib.

Daşqınlardan zərər çəkənlərə təzminat ödənilsin – Müsavat Divanının gündəliyi

Mayın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda Qazax rayonunun 4 kəndinin işğaldan azad olunması mühüm hadisə kimi qiymətləndirilib. Qeyd edilib ki, bu hadisə həm Azərbaycanın işğaldakı ərazilərinin azad olunması, həm də delimitasiya-demarkasiya prosesinin başlanması baxımından önəmlidir. Prosesin vasitəçilər olmadan davam etməsinin Azərbaycanın maraqlarına uyğun olduğu vurğulanıb. Azərbaycanda əfv fərmanının verilməsinə baxmayaraq, siyasi məhbusların azad edilməməsi pislənilib. Qeyd edilib ki, hakimiyyət torpaqların azad olunduğu dönəmdə ölkədə siyasi gərginliyi azaltmaq, ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq konfransı ərəfəsində ölkəyə qarşı tənqidləri azaltmaq üçün daha bir fürsəti əldən verib. Divan iqtidarı siyasi məhbusları və günahsız həbs edilən şəxsləri azad etməyə, ölkədə repressiyaları dayandırmağa çağırıb. Azərbaycanın Qərb rayonlarında və Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı ərazilərdə baş vermiş daşqınlar nəticəsində əhalinin ziyan çəkdiyi bildirilib. Divan dəymiş zərərə görə əhaliyə təzminat ödəməyi təklif edib. Baş vermiş təbii fəlakət fonunda Gürcüstanla quru sərhədlərin açılmasının zəruri olduğu vurğulanıb. İclasda mayın 28-i saat 12:00-da Müstəqillik Günü ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə nəzərdə tutulan bayram tədbirinə hazırlıqlar müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Sonda cari məsələlər müzakirə olunub.

Azərbaycanda şagird vəfat etdi

Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib. Sozcu.az xəbər verir ki. bu barədə məktəb məlumat yayıb.

”Müharibə veteranlarına verilən təqaüd artırılsın – Ayıbdır, 80 manat çox aşağı məbləğdir”

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrindəki çıxışı zamanı 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin müsbət tərəflərindən bəhs edib.  Sozcu.az xəbər verir ki, millət vəkili təklif edilən dəyişikliklərin kifayət qədər müsbət olduğunu vurğulayaraq plenar iclasın müzakirəsinə təqdim olunmasını məqbul sayıb. Vahid Əhmədov müharibə veteranlarının aylıq təqaüdünün artırılması ilə bağlı məsələ qaldırıb: “Millət vəkillərinin hamısı müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını təklif edir. Ayıbdır, 80 manat çox aşağı məbləğdir. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. 80 manat gülünc məbləğdir. Bu məsələyə baxılmasını xahiş edirəm”.

Azərbaycan “infarkt lideri”dir - Ölüm sayına görə yalnız Tacikistandan geri qalır

Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. Sozcu.az xəbər verir ki, “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur. İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir. Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.“AzPolitika.info” 

Su kanalında boğularaq ölən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.  "Unikal" 2002-ci il təvəllüdlü hərbçimizin fotosunu əldə edib.  Həmin fotonu təqdim edirik: 

Üç gün ard-arda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.  Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 

Azərbaycanda İLK DƏFƏ: Avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8.2 faiz azalıb. Amma Ai-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib. Bu tendensiya hansı müddətə qədər davam edəcək? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bazardakı durğunluğun yanacaq qiymətləri ilə heç bir əlaqəsi yoxdur: “Avtomobil satışı və qiymətlərindəki durğunluğun yanacaqla əlaqədar olduğunu düşünmürəm. Çünki indiyə qədər, yaxın bir neçə ildə avtomobillər üçün satılan Ai-92 və Ai-95 markalı benzinlərin qiyməti dəyişməyib. Bu isə avtomobil bazarına heç bir təsir etməyib. Təbii ki, ehtiyacı olan öz avtomobilini yanacaqdan asılı olmayaraq sürəcək. O ki qaldı taksidə istifadə olunan maşınların kütləvi şəkildə bazara çıxarılmasına, bunun da durğunluğa birbaşa təsir etdiyini düşünmürəm. Belə avtomobillər uzaq məsafələr və yolsuzluq şəraiti üçün əlverişsizdir”.  Ekspert buraxılış ili nisbətən gənc olan avtomobillərin idxal qiymətlərinin son dövrlər bahalaşdığını da qeyd edib: “Söhbət kütləvi alıcılıqdan gedir. Bu zaman qiymət minimal olaraq 15-25 min manat arası alıcılıq qabiliyyəti nəzərdə tutulur. Amma son dövrlərdə təxminən 10 yaşdan aşağı olan avtomobillərin idxal qiyməti sahibkar üçün 22-26 manata başa gəlir. Bu meyarlar qiymətə ciddi təsir edir. Hazırda bazarda ən çox tələb olunan avtomobillər qiyməti 5-15 min manat arası olanlardır. Digər tərəfdən, bəzi avtomobil modellərinə tələbatın azaldığını da görmək olar. Lakin ölkədə avtomobilə kifayət qədər tələbi var. Hələ də tələb təklifi üstələyir. Çünki təklif tələbdən çox olarsa, bazar qaydalarına uyğun olaraq qiymət düşməlidir”.

Axtarışda olan müğənni Bakıya döndü, həbs olunmadı

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysi ilə Azərbaycana dönüb. Sozcu.az xəbər verir ki, məlumatı müğənni Azinforum.az-a təsdiqləyib. Maraqlı məqam isə onun hava limanında saxlanılmaması olub. Müğənni bildirib ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunandan sonra onun məhkəmələrin obyektivliyinə inamı daha da artıb: “Elə bu səbəbdən də Bakıya döndüm və gedib məhkəmədə iştirak edəcəm”.

"Qarabağ"ın legioneri: Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır

Çempionlar Liqasının qrup mərhələsində oynamaq bir çoxlarının arzusudur. Bizim isə hədəfimizdir. Bunu "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Leandro Andrade deyib. 24 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində mübarizə aparmaq istədiklərini söyləyib: "Bu mövsüm rəqiblərlə oyunlarda bir daha öz gücümüzə bələd olduq. Komandamız bu yarışda oynayacaq səviyyədədir". Kabo Verdedən olan oyunçu çempionluq haqqında da fikirlərini bölüşüb: "Futbolçular bu günlər üçün yaşayırlar. Allahın nəzərində olan insanlarıq. Premyer Liqanın qalibi olduq. Bu gün üçün vuruşuruq ki, sonda titulu qeyd edək". L.Andrade iyunun 2-də "Zirə"yə qarşı keçirəcəkləri ölkə kubokunun final matçına da toxunub: "Birmənalı şəkildə deyə bilərəm ki, çətin mübarizə olacaq. Çünki "Zirə" Premyer Liqa matçlarında bizə çətinliklər yaşadıb. Final bir oyundan ibarətdir. Hər şey ola bilər. Qələbə qazanacağımızı gözləyirik". O, son olaraq haqqında çıxan transfer xəbərləri barədə danışıb: "Uğurlu mövsümdən sonra mətbuatda bu cür xəbərlərin yayılması normaldır. Mənim istəyim və arzum bu klubda qalmaqdır. "Qarabağ"da çox xoşbəxtəm".

Sabiq baş nazirin partiyası Gürcüstan prezidentinin təklifini DƏSTƏKLƏDİ

Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın “Gürcüstan naminə” Partiyası prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”nın prinsiplərini dəstəklədiyini bəyan edib. Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu deputat Mixail Dauşvili bildirib. Bununla belə, onun sözlərinə görə, lakin bəzi suallar var. Deputat bildirib ki, “Gürcüstan naminə” öz qərarını əlavə məsləhətləşmələrdən sonra açıqlayacaq.  Xüsusilə Qaxariyanın partiyasında müvəqqəti texniki hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirlər.  Dauşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ilə hər hansı koalisiyadan imtina etdiklərini də bəyan edib.

Bakıda tozlu hava davam edir: 3 dəfə çoxdur

Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - Abbasova vurğulayıb. Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.

Azərbaycan şəhərini sel iflic etdi

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində güclü yağışlardan sonra şəhər su altında qalıb, yollar bağlanıb və nəqliyyatın hərəkəti iflic olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar. Məlumatda İmam, Ətayi, Mədəni, Müdərris, Kaşani, Rudəki, Sədi, Koştarqah və Mövləvi bölgələrində vəziyyətin daha ağır olduğu bildirilib.

Onlara alim kimi baxmıram - Nazir

Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: "Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb səmimi olaraq 5 il heç nə yazmayıbsa ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması da yazılan işin keyfiyyətini müəyyən edir".

Azərbaycanda oğul atasını öldürtmək üçün adam tutdu - Həbs edildi

2024-cü ilin yanvar ayında İmişli rayonunda baş vermiş xüsusilə ağır cinayətin üstü açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib. "Cinayət işi üzrə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək. Bağlı qalmış cinayət işlərinin açılması daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

İsveç Ukraynanın Rusiyanı vurmasına icazə verdi - Təcili

İsveç Ukraynaya tədarük edilən silahlardan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.  Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirmişdi ki, Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.