Axtarışda olan müğənni Bakıya döndü, həbs olunmadı

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysi ilə Azərbaycana dönüb.

Sozcu.az xəbər verir ki, məlumatı müğənni Azinforum.az-a təsdiqləyib.

Maraqlı məqam isə onun hava limanında saxlanılmaması olub.

Müğənni bildirib ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunandan sonra onun məhkəmələrin obyektivliyinə inamı daha da artıb:

“Elə bu səbəbdən də Bakıya döndüm və gedib məhkəmədə iştirak edəcəm”.

Share on Facebook