Nəşi 31 ildən sonra tapılan şəhid Ağsuda dəfn olundu - Fotolar

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

Sozcu.az xəbər verir ki, Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb.

V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunub.

c946aa20bbe2fac4523c7192f155d6df.jpg

b1d52ff1ec7ade7f8873ed46dbde5510.jpg

0d8b54c8d522fbca06c814e77091c4d0.jpg

19d115fc139d586dd338f9744a313721.jpg

e124c472fff2507c0772164535be8f22.jpg

b3a8464e18577e32f567f454a186581f.jpg

Share on Facebook