Rusiya son sutkada bu qədər itki verdi - ŞOK RƏQƏMLƏR

Rusiya Silahlı Qüvvələrinin ötən gün Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu son sutkada Rusiya Silahlı Qüvvələrinin 1110 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, son 24 saatda Rusiya Silahlı Qüvvələrinin 12 tank, 17 zirehli maşın, 24 artilleriya sistemi, 1 MLRS, 1 təyyarə, 11 PUA, 31 avtomobil texnikası, 7 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Share on Facebook