Mayın 28-də Sistan və Bəlucistan əyalətinin Səravan rayonunun Kəlleqan sərhəd bölgəsində SEPAH qüvvələri pərakəndə yanacaq alveri ilə məşğul olan bəluclara atəş açıb.
Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəalların Kampaniyası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 12 nəfər ölüb və yaralanıb. Öldürüləndən üçünün - Şükrullah Rigi, Əsgər Sasuli və Əbdülvase adlı şəxsin kimliyi məlumdur. Digər ölən və yaralananların kimliyini isə müəyyən etmək mümkün olmayıb.
Bununla yanaşı, eyni gündə Səravanın İsfəndək sərhəd bölgəsində də oxşar hadisə baş verib.
SEPAH qüvvələrinin atəşi nəticəsində 18 yaşlı Fərhad Sepahi öldürülüb, yaralanan 3 nəfər isə həbs edilib.