Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.