Gəncə üsyanını xatırlayarkən unutmayacağımız insanlardan biri Valiyə xanım Kazımbəylidir. 1920-ci ilin may ayının sonlarında onun bütün ailəsi işğalçı ruslara qarşı səfərbər olmuşdular. Atası Hüseynqulu xan Xoylu, həyat yoldaşı Cahangir bəy Kazımbəyli, anası Şirinbəyim xanımın dayıları Məhəmməd Mirzə Qacar, Kazım Mirzə Qacar prosesin önündə gedirdilər. Valiyə xanım Cahangir bəy ilə 1919-cu ildə evlənmişdilər. Evliliklərinin birinci ilində onlar silaha sarılmışdılar. Ta ki, ölənə qədər nə silahı yerə qoydular, nədəki mübarizədən geri çəkildilər. Üsyan amansızlıqla yatırılsada onlar mühacirətdə mübarizəni davam etdirdilər. Qardaşı Zahid xan yazır ki, 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy, Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi. O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik".
Zahid xan Xoy'lunun xatirə yaddaşından:
1939-cu ildə divizya komandiri kimi Cahangir bəy Kazımbəyli Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi.
O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik.
1944-cü ildə sovet ordusu Varşavaya girəndən sonra ailəmiz məcbur olub Almaniya sığındı. Cahangir bəy isə Vyanaya yollandı. 1945-ci ildə Avstriya köçdük. Müharibə bitdi. Biz artıq İtaliyada yerləşmişdik. Cahangir bəy Romada öz evində Azərbaycana yardım komitəsi təşkil etdi. Bildiyimiz kimi, müharibə zamanı əsir düşən azərbaycanlı əsgərlərdən ibarət Almaniyada Azərbaycan legionu mövcud idi. Müharibə qurtardıqdan sonra həmin legionun çox hissəsi ingilislərin əlinə keçmişdi. Onların aqibəti faciəli idi. Yaltada bağlanan müqavilədən sonra ingilislər həmin legiondan olan əsr əsgərləri Stalinə “hədiyyə” verdilər. Bununlada ingilislər Stalinin rəğbətini qazanmaq iddiasındaydılar. Həmin “hədiyyə” verilənlər arasında polkovnik İsrafil bəy Seyfəlidə var idi. 1945-ci ildə bunlar, o cümlədən də bizim qeyrətli soydaşlarımız Stalinin əmri ilə Moskvada boğazdan asıldılar. Ümumiyyətlə, o çağlarda mən ingilislərin, fransızların, amerkanların Stalinin gözündə özlərini şirin salmaq üçün sovet əsirlərinin başlarına açdıqları oyunlardan yaxşı xəbərdaram.
Hə, Romadakı komitə barədə söhbətimə davam edim: buradakı ingilislərin əsarəti altında 100-dən çox azərbaycanlı əsgər və zabit var idi. Xəbər tutumuşduq ki, ingilislər onları da Stalinə peşkəş etmək niyyətindədirlər. Komitəmiz dərhal ingilislərlə danışığa başladı. Biz eyni zamanda Türkiyə hökümətinə və Misir kralı Faruqa müraciətlə bu məsələdə bizə yardım göstərmələrini xaiş etdik. Cahangir bəy həyat yoldaşını( mənim bacımı) təyyarə ilə İstanbula göndərə bildi.
1947-ci ilin noyabr ayında Misir kralı Faruqdan bir teleqraf aldıq. Teleqrafda xəbər verilirdi ki, “Prens Əmir İbrahim gəmi ilə yola çıxdı”...
Bir neçə gün sonra kralın əmisi oğlu olan Əmir İbrahim Romaya bizim evimizə təşrif buyurdu. Bir neçə günlük söhbət və məşvərətdən sonra Əmir İbrahim şəxsən gedib ingilis komandanlığı ilə görüşdü və nəticədə 100-ə yaxın azərbaycanlının həyatını xilas etdi. Beləliklə də bu soydaşlarımızı baş götürüb dünyanın müxtəlif yerlərinə səpələndilər. Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özüylə apardı. Təbii ki, orada mən Misirin kralı Faruqun qəbulunda oldum və millətimizin nümayəndələrinə göstərdiyi böyük iltifat və yardım üçün Azərbaycan Komitəsi, ümumiyyətlə azərbaycanlılar adından ona dərin minnətdarlığımı yetirdim. Əmir İbrahimin xilas etdiyi azərbaycanlı əsirlərin əksəriyyəti də Misirə gəlmişdi. Onların da yerbəyer olduqlarını, evlə-işlə təmin edildiklərini yəqinləşdirib, arxayınlaşdım, rahat nəfəs aldım.
Fəqət Romadan çox acı bir xəbər aldım: bacım Valiyə təyarə ilə İtanbuldan Romaya döndüyü zaman Afina üzərində qəza baş vermiş və bütün sərnişinlər həlak olmuşdu.
Valiyə xanımın cəsədini İstanbula gətirdik. Dəfn mərasimində demək olar, bütün İstanbul əhli iştirak edirdi. Xalq onu millət qurbanı, millət yolunda şəhid kimi torpağa basdırdı. Biçarə anamın və atamın belləri o gündən etibarən qırıldı.
Ceyhun Nəbi