İsrail Qəzzaya 70 min ton bomba atıb

İsrail ordusu 2023-cü ilin oktyabrında hərbi əməliyyata başlayandan bəri Qəzzada təxminən 70 min ton müxtəlif mərmi və bombalardan istifadə edib.

Sozcu.az xəbər verir ki, bu barədə sursatların zərərsizləşdirilməsi və mina qurbanlarına yardım göstərməklə məşğul olan “Handicap İnternational” təşkilatının Qəzzada işləyən əməkdaşı məlumat verib.

“Yerdə və binaların dağıntılarında qalan partlamamış hərbi sursatlar hazırda Qəzzanın demək olar ki, bütün ərazilərində öz evlərinə qayıdan fələstinlilər üçün böyük təhlükə yaradır”, - məlumatda qeyd olunub.

Share on Facebook