Sumqayıtda 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Sozcu.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Vüqar Söhrab oğlu Abbasov yıxılaraq başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
