Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Hacı Gülağa oğlu Əbilov QAZ-3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı beton dirəyə vurub.
Nəticədə avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Tofiq Hacıbala oğlu Ağammədov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.