Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarında Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtç Proşyanı (bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - red.) saxlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Saqmosavank monastırının keşişi Paren Arakelyan da saxlanılıb. Onlar İstintaq Komitəsinə aparılıb.