Los-Anceles yanğınlarında ölənlərin sayı artdı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb. Qeyd edək ki, daha əvvəl yayılan məlumatda ölənlərin sayı 10 nəfər idi. Xatırladaq ki, Los-Ancelesdə yanğınlar 7 yanvarda başlayıb.

Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb

Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır. “Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.

ABŞ Ələkbərovu "qara siyahı"ya saldı

ABŞ Rusiyanın neft-qaz sənayesinə qarşı yeni sanksiya tətbiq edib. Sozcu.az-ın xəbərinə görə, bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb. Sanksiya siyahısına “LUKOIL” şirkətinin ortaq sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova da daxil edilib. “Qazprom Neft”in idarə heyətinin sədri və RFU-nun prezidenti Aleksandr Dyukova qarşı sanksiyalar tətbiq edib. Onlarla şirkət, o cümlədən "Surqutneftegaz", "Qazprom Neft", onların törəmə şirkətləri, həmçinin "AlfaStrakhovanie" və "İnqosstrax" sanksiyaya məruz qalıb.

Azərbaycanda 10 tiktoker HƏBS EDİLDİ

Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Sozcu.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub. Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır. Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

ABŞ Maduronun həbsi üçün 25 milyon mükafat təyin etdi

Venesuela Prezidenti Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Sozcu.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib. Qeyd edək ki, daha öncə Karakasda üçüncü dəfə ölkə prezidenti kimi fəaliyyətə başlayan Nikolas Maduronun andiçmə mərasimi baş tutub.

ABŞ Serbiyanı da hədəf aldı: Rusiyaya görə...

ABŞ Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətini də sanksiya siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ bu addımı Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atıb. Qeyd edək ki, bu gün ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Son günlər hava niyə mülayim keçir? - Açıqlama

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti olub: "Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib". G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakııda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".

Zelenski elan etdi: 60 minlik ordu ilə Kurskda yeni əməliyyat...

Kursk istiqamətindəki hərbi əməliyyatlara 60 minlik şəxs heyət göndərilib. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib. O bildirib ki, Kursk istiqmaətində hərbi əməliyyatlar başladılacaq.

Həftənin son iş günündə Bakıda TIXAC

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Sozcu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib  Hal-hazırda yollardakı vəziyyət:   1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;  3. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;  5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;  8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;  14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;  15. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);  16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;  18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  19. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;  20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  21. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;  22. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  23. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2025-ci ildə keçiriləcək bəzi imtahanların tarixi elan olundu

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Sozcu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi vətəndaşlara öz saytın "Təqvim" bölməsini mütəmadi olaraq izləmək tövsiyə edilir. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur. Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

İmamoğlunun Dəməşqə səfəri ləğv edildi: İlk Ərdoğan gedəcək...

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Dəməşq Valiliyinin Türkiyə Bələdiyyələr Birliyinin (TBB) Suriyaya səfərini ləğv etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Bu, mənim Dəməşqə şəxsi səfərim deyil. TBB və İBB adından nümayəndə heyətləri Dəməşqə gedəcəkdi. Bazar gününə vaxt təyin edilmişdi. Ancaq Dəməşq Valiliyi TBB heyətinin səfərini ləğv etdi. Bildirildi ki, sözügedən səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfərindən sonra baş tutacaq. Mən bu ləğvi qəbul etmirəm, bu çox yanlış mövqedir”, - İmamoğlu bildirib.

Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…

Azərbaycan və Ermənistanın davamlı sülh sazişi imzalamasını istəyirik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib. "Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik", - nazir vurğulayıb.

Şagirdə xəsarət yetirən məktəbli qovuldu

Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir". Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır". İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ

Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb. Bu barədə məşhur hava proqnozu platforması olan "Windy.com" məlumat yayıb. Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər. Qeyd edək ki, "Windy.com" dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir./Azxeber.com

İlyas İsmayılovun vəziyyəti ağır olaraq qalır

İlyas İsmayılovun vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan bildirilib ki, İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir. "Vəziyyəti ağır stabil olaraq qalır".APA

Abşeronda kişi dəm qazından öldü

Abşeronda kişi dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Ceyhun Quliyev Masazır qəsəbəsində yaşadığı evdə dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır.

ABŞ İrana hücuma keçməlidir - Trampın müşaviri

ABŞ həddən artıq müdafiə xarakterli davranıb, Çin və İranla qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib. Uolts həmçinin “İbrahim Paktı”nı genişləndirmək variantlarından danışb, İrana qarşı maksimum təzyiq strategiyasını canlandırmağı təklif edib.

Los-Anceles yanğınları: ölənlərin sayı artdı

Los-Ancelesdə misli görünməmiş meşə yanğınlarının qurbanlarının sayı azı 10 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Qeyd edək ki, Los-Ancelesdə yanğınlar 7 yanvarda başlayıb. Prezident Bayden ötatda fövqəladə vəziyyət elan edib. Yanğının evlərə keçməsi nəticəsində məşhur Hollivud ulduzlarının da mülkləri yanıb. İndiyə qədər minlərlə sakin təxliyə edilib.

EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb. Sozcu.az xəbər verir ki, EASA öz tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb. Belə ki, hakimiyyət orqanları ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiyanın Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücum riski yaratdığı vurğulanıb. “Xüsusilə, Ukrayna raketləri və pilotsuz təyyarələrinin ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq işə salınan Rusiya hava hücumundan müdafiə sistemi təhlükə yaradır”, - məlumatda bildirilib. Hazırda AB-nin heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın tövsiyəsi müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına ünvanlanıb. Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə qalacaq, lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq daha əvvəl nəzərdən keçirilə və ya geri götürülə bilər. Artıq yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək barədə qərar qəbul edib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Ərəbistanın “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq” və Türkmənistan Hava Yolları var.

"Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir" - Hüquq müdafiəçisi

"30 ildən çox Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət və onun separatçı dəstəsinin törətdiyi terror, hərbi qiyam və bu ərazilərdəki zorakılıqlar cəzasız qala bilməz". Sozcu.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.  Onun sözlərinə görə, hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında məhkumluq həyatı yaşamasının mənəvi və hüquqi tərəfləri var: "Məsələnin uzadılma səbəbi iki ölkə arasında sülh müqaviləsinin imzalanması və hərbi sərhədlərin müəyyənləşməsi məsələsində problemlərin olmasıdır. Eyni zamanda ortada böyük şahid ifadələri var və bu çox böyük prosesdir. Qarabağda özlərini "rəhbər" elan etmiş şəxslər konkret olaraq Azərbaycan vətəndaşları olublar. Onlar bu zəhəri və tapşırıqları Ermənistandan alıblar. Həmçinin konkret olaraq Azərbaycan Konstitusiyasına tabe olmayıb və birbaşa dövlət xəyanəti törədiblər. Bu yaxınlarda ölkəmizin Baş Prokurorluğu da istintaqın daha tez yekunlaşması və beynəlxalq hüququn təmin edilməsi üçün Ermənistana bu məsələlərdə əməkdaşlıq təklif etdi. Vaxtilə Ermənistana rəhbərlik edən Erməni Ümummilli Hərəkatının rəhbəri Levon Ter-Petrosyan etiraf edib ki, ermənilər soyqırım törədərək azərbaycanlıları silah gücünə qovublar. Bu dövlətin 1988-ci ildən həm Ermənistan, həm də Qarabağ ərazisində konkret olaraq azərbaycanlıların soyqırımı ilə məşğul olublar və hərbi cinayət törədiblər. Bu məsələ cəzasız qala bilməz. Onlar sərt Azərbaycan qanunları ilə məhkum olunmalıdırlar. Artıq ortada Gəncənin, Bərdənin bombalanması kimi ciddi faktlar var. 30 illik dövrdə Azərbaycan ərazilərində qondarma rejim qurdular və ölkə suverenliyinə müdaxilə etdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin istəyi ilə razılaşdırılıb". X.Teyyublu əlavə edib ki, proses hərbi cinayətkarların məhkəməyə çıxarılması ilə bitməli deyil: "Ermənistanda gizlənən Qarabağda separatçılıqla məşğul olmuş, hərbi cinayətlər törətmiş digər şəxslər də beynəlxalq qanunlar çərçivəsində Azərbaycana təhvil verilməlidir. İstintaqın uzanmasının bir səbəbi də budur ki, hadisənin təməl başçıları Ermənistanda gizləniblər. Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtmaları üçün yardım göstərməlidir. Həmçinin etiraf etməlidir ki, 1 milyon azərbaycanlı soydaşlarımızı silah gücünə qovublar. Bundan sonra səmimi şəkildə Ermənistanla sərhədlərin bərpası həllini tapmalıdır".

Bəşəri sevgidən ilahi eşqə gedən yol

“Bəşəri eşq taxta qılınc kimidir. İlahi eşq poladdan qılıncdır. Uşaq taxta qılıncla oynaya-oynaya kamala yetər, polad qılıncı əlinə almağa layiq olar. İnsan bəşəri eşqlə məşğul olub, durar, eşqi anlayınca ilahi eşqə tutuşar”. Eşq Şərq mədəniyyətində və təsəvvüf ədəbiyyatında çox mühüm mövzudur. Eşq bəşəri və ilahi eşq olmaqla ikiyə ayrılır. Bəşəri eşq insanların dünyəvi arzularından doğan, həyatın müxtəlif təcrübələrinə, insana məxsus hisslərə bağlı olan duyğudur. İlahi eşq isə Allaha olan sevgi və məhəbbətdir, insanın özünün əsl varlığını tapmaq və ruhunun həqiqətini anlamaq üçün keçdiyi yüksək mərhələdir.  “Bəşəri eşq taxta qılınc kimidir” ifadəsi taxta qılıncın bir metafora olaraq istifadə edilməsi, onun zəifliyini və məhdudluğunu göstərir. Bəşəri eşq insanın gündəlik həyatının təbii və bəzən müvəqqəti hissləri ilə əlaqəlidir. Taxta qılınc bir uşağın oynaya biləcəyi oyuncağa bənzəyir. İnsan bəşəri eşqlə dünya ilə münasibətlərini, müvəqqəti sevinclərini və iztirablarını anlayaraq yaşayır. Bu, bir mərhələdir. İnsan bəşəri eşq vasitəsilə özünü tanıyır, hisslərindəki incəliyi kəşf edir və bununla birlikdə həyatın zəifliklərini də dərk edir. Şərq təsəvvüf ədəbiyyatında bəşəri eşqə olan münasibət əksər hallarda insanların özlərinə və başqalarına olan məhəbbətini müsbət bir şəkildə göstərmək üçün qeyd olunur. Mövlana Cəlaləddin Ruminin düşüncələrində insanın bəşəri eşqlə tanış olması, özünə və başqalarına şəfqət göstərməsi təqdir olunur. Bu, bir növ başlanğıc nöqtəsidir, insan bu sevgini üzərində təcrübə edərək tərbiyələnir və daha böyük eşqə doğru yönəlir. “İlahi eşq polad qılınc kimidir” metaforası onun gücünü və ölümsüzlüyünü simvollaşdırır. İlahi eşq insanın ruhunun ən yüksək həqiqətini axtarması və onun Allaha olan sevgi ilə birləşməsidir. Bu, taxta qılıncdan fərqli olaraq, zaman və məkanın sərhədlərini aşan, insanın hər şeydən və hər kəsdən daha dərin bir əlaqəyə qədəm qoymasıdır. Polad qılıncı yalnız ən yüksək mərhələdə olan, saflaşmış və ilahi səviyyəyə yüksəlmiş insan tuta bilər. Şərq təsəvvüfünün böyük alimlərindən biri olan İbn Ərəbi ilahi eşqi "ruhların sevgisi" kimi təsvir edir. Onun fikrincə, bütün varlıq Allahın əzəmətindən yaranıb və hər şey onun sevgisi ilə birləşir. İbn Ərəbinin bu görüşləri ilahi eşqin yalnız insanın daxili dünyasında deyil, bütün kainatda var olan bir qüvvə olduğunu vurğulayır. İnsan bəşəri eşqlə başladığı yoldan sonra özünü tanıyaraq Allahın sevgisinə yaxınlaşır, ilahi eşqi anlamağa çalışır. İlahi eşq insanın hərəkətlərini təmizləyir və onun ən yüksək mənəvi vəziyyətə çatmasını təmin edir. Bəşəri eşq insanın duyğusal və ruhi inkişafını təmin edən bir mərhələdir, amma bu yalnız başlanğıcdır. İnsan bəşəri eşqlə öz daxili dünyasını araşdırır, digər insanlarla əlaqə qurur və öz hisslərini daha dərin şəkildə anlamağa başlayır. Lakin bu, yalnız ilahi eşqə çatmaq üçün bir yoldur. İlahi eşqə qədəm qoyan insan artıq özünü bəşəri duyğularla məhdudlaşdırmaz, o, Allahın varlığında və sevgisində özünü tapar. Hz.Mövlana “Eşq ruhun ağlaması, nəfsin isə susmasıdır”, deyir. Bu ifadə bəşəri eşqin nəfsin və dünyəvi arzuların təzyiqindən qurtulması və ilahi eşqin saflaşmış sevgisinə keçişi kimi başa düşülə bilər. İlahi eşqə yönələn insan artıq hər şeyin bir hissəsini və hər şeyin mənbəyini görür. Bu anlayış cüzi iradənin külli iradənin içərisində yox olması anlamına gəlir. İlahi eşq insanı öz həqiqi mənliyini kəşf etməyə yönəldir və onu yaradana yaxınlaşdırır. Bəşəri və ilahi eşqin bir-birini tamamladığını söyləmək mümkündür. Bəşəri eşq insanın əxlaqını və şəxsiyyətini formalaşdırır, lakin ilahi eşq insanın varlığının ən yüksək mərhələsini təmsil edir. İnsan bəşəri eşq ilə ilk addımlarını atır və daha sonra ilahi eşqə doğru irəliləyir. Şərq təsəvvüfündə mühüm yer tutan mütəfəkkirlər bu yolu “yolçuluq” və ya “məqam” adlandırırlar. Bu yol insanın özünü, həyatını dərk etməsi və Yaradana yaxınlaşması ilə tamamlanır. İlahi eşq insanın həyatının mənasını tapdığı və öz varlığını Məşuqunun varlığında yox etdiyi ən yüksək mərhələdir. Bəşəri eşq isə bu uzun və müqəddəs yolda atılacaq ilk addımdır. Bu iki eşqin birliyi insanın ruhani yüksəlişi üçün vacibdir və hər biri öz növbəsində birinin tamamlayıcısıdır. Rəsul Mirhəşimli

Məşhur reper bayramda işləyən qadını sevindirdi

Milad ərəfəsində reper Post Malone Texasda bir barda işləyən anaya 20 min dollar pul qoyub. Sozcu.az xəbər verir ki, qadın bu barədə “Music Mayhem” jurnalına danışıb. 36 yaşlı barmen Rene Braun Milad ərəfəsində gecə növbəsində işləyib. O, bayram gecəsini 9 yaşlı qızı İlyanadan ayrı keçirməyə məcbur olub. Əvvəllər o, qızı ilə Milad bayramı üçün peçenye bişirir və Milad filmlərinə baxırdı, lakin Rene bu ənənə ilk dəfə pozmuşdu. Həmin gecə Post Malon da məkanda olub. Bar bağlanan vaxt müğənni hesab istəyib və onun yerinə pulun ödənildiyini öyrənib. Lakin ifaçı bəxşiş vermək üçün ona hesab yazılmasını tələb edib. Braun sonda reperin ona 20 min dollar bəxşiş qoyduğunu öyənib. O bildirib ki, pul ona kirayə haqqını ödəməyə və öz biznesini qurmaq üçün qənaət etməyə başlamağa imkan verəcək.

Orqanizminiz laktoz qəbul etmir?

Laktoza qarşı dözümsüzlük bir çox insanın qarşılaşdığı, lakin hələ də az tanınan həzm problemidir. Bu pozğunluq laktoza adlanan süd şəkərini həzm edə bilməməsinə aiddir. Sozcu.az xəbər verir ki, bir çoxları süd tərkibli qidalar yedikdə diareyadan əziyyət çəkir. Bu da, tibbdə laktoza dözümsüzlüyü adlanır. Beləliklə, laktoza qarşı dözümsüzlük nədir və onunla necə mübarizə aparmaq olar? Laktoza qarşı dözümsüzlük bədənin laktozanı həzm edə bilməməsidir. Həzm sistemində laktaza fermentinin qeyri-kafi və ya olmaması səbəbindən baş verir. Bu, laktozanın bağırsaqlarda parçalana və həzm oluna bilməməsinə səbəb olur. Nəticədə laktoza dözümsüzlüyü olan insanlar süd və süd məhsulları istehlak etdikdə həzm problemi yaşayırlar. Laktoza qarşı dözümsüzlüyün simptomları insandan insana dəyişə bilər, lakin ən çox görülən simptomlar bunlar ola bilər: Qarın ağrısı və qaz İshal və ya qəbizlik Bulantı və qusma Şişkinlik və qarın ağrısı Anoreksiya Yorğunluq Laktoza dözümsüzlüyü olanlar üçün süd yerinə badam südü, soya südü və ya laktozsuz süd kimi alternativlərə üstünlük verilə bilər. Tərkibində probiyotik olan qidalar bağırsaq sağlamlığını dəstəkləyə bilər. Qatıq və kefir kimi probiotiklərlə zəngin qidaların istehlakı faydalı ola bilər. Bəzi insanlar laktoza həzmini dəstəkləmək üçün laktaza əlavələrindən istifadə edə bilərlər. Bununla belə, bu məsələ ilə bağlı həkimə müraciət etmək vacibdir. Laktoza qarşı dözümsüzlük düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə idarə edilə bilən bir vəziyyətdir. Ancaq simptomlar şiddətlidirsə və ya davam edərsə, bir tibb işçisi ilə məsləhətləşmək vacibdir.