Moskvada partlayış: ölən var - Təcili

Moskvanın qərbində yaşayış binasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata əsasən, adı açıqlanmayan şəxs intihar məqsədilə naməlum partlayıcını partladıb. Onun öldüyü bildirilir. Hazırda ərazidə araşdırma aparılır.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrin daşınması üçün əlil arabası tapılmır

Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru

Saxta dərmanlarla bağlı dəhşətli statistika: 500 000 min ölüm faktı - Araşdırma

Yeni araşdırmaya görə, Afrikada dərmanların beşdə biri keyfiyyətsiz və ya saxta ola bilər. Bu, qitədə saysız-hesabsız xəstələrin ölümünə səbəb ola biləcək məsələdir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyadakı Bahir Dar Universitetinin tədqiqatçıları araşdırmaya daxil edilən 7508 dərman nümunəsindən 1639-nun ən azı bir keyfiyyət testindən keçdiyini, keyfiyyətsiz və ya saxta olduğunu təsdiqləyib. Amsterdamda yerləşən qeyri-kommersiya təşkilatının tədqiqat direktoru Klaudia Martinez deyib ki, əgər xəstələr keyfiyyətsiz və ya tamamilə saxta dərmanlar alırlarsa, bu, müalicənin uğursuzluğuna və hətta ölümlərə səbəb ola bilər. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin keçən il dərc etdiyi hesablamalara görə, saxta və keyfiyyətsiz dərmanların insan dəyəri Afrikada ildə 500.000 ölümə qədər yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Afrikada ən çox saxtalaşdırılan dərmanların antibiotiklər və malyariyaya qarşı (malyariya əleyhinə) məhsullar olduğunu bildirib. Araşdırmaya görə, Malavidə keyfiyyətsiz və saxta dərmanların ən yüksək nisbəti olduğu müəyyən edilib. Martinez bildirib ki, qitədə məhsulların paylanmasında çoxsaylı vasitəçilərin rolu keyfiyyətsiz və ya saxta dərmanların tədarük zəncirinə sızmasını asanlaşdırır. ÜST-nin əvvəlki araşdırması ilə inkişaf etməkdə olan ölkələrdə hər 10 tibbi məhsuldan birinin keyfiyyətsiz və ya saxta olduğu, keyfiyyətsiz və saxta dərmanlarla bağlı hesabatların 42%-nin Afrikadan, 21%-nin Amerikadan və 21%-nin Avropadan gəldiyi müəyyən edilib.bakupost)

“Mərkəzi Bank sentyabrda faizləri aşağı çəkəcək” - Natiq Cəfərli

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda Mərkəzi Bank əsasən, dünya Mərkəzi Banklarının atdığı addımlara paralel davranmağa və makroiqtisadi göstəriciləri nəzərə almağa çalışır: "Bir də Mərkəzi Bank ABŞ və dünyanın bir çox başqa ölkələrində faiz qərarlarının hansı yöndə olacağı ilə bağlı gözlənti içindədir. Çünki, qlobal iqtisadi proseslər də ölkəmizə təsir edə bilər. Ona görə də dünyadakı proseslərə paralel olaraq faiz dərəcəsini sabit saxladı”. Ekspertin sözlərinə görə, sentyabr ayında çox güman ki, Mərkəzi Bank faizləri 0,25 faiz aşağı çəkəcək: "Çünki həmin zaman həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".

18 metrlik körpünü sel apardı - Sakinlər çətin vəziyyətdə

Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb. Sozcu.az xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60 - a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək. Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər. Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov APA-ya bildirib ki, adı çəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib: “Bu il iyun ayının 26 - da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik". Qeyd edək ki, 350 təsərrüfatı, 1500 - ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100 - dən çox təsərrüfat, təqribən 500 - ə yaxın sakin yolun o tərəfində qalıb.

MSK namizədlərin siyahısını bu tarixdə dərc edəcək - AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə artıq 25 gün qalıb. Buna baxmayaraq, hələ də namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmayıb. Bəs, bu barədə siyahı nə zaman MSK-nın saytında yerləşdiriləcək? Modern.az məsələ ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayıb.  Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, məsələ seçki məcəlləsinin 148.5-ci maddəsinə əsasən müəyyən edilir. Seçki Məcəlləsinin 148.5-ci maddəsində deyilir ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir. Qeyd edək ki, qanuna görə avqustun 11-nə kimi namizədlərin siyahısı dərc olunmalıdır.

Rozanın oğlundan şok paylaşım: İşsizəm, yeməyim yoxdur...

Tanınmış müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovun İnstaqram hesabındakı paylaşımı diqqət çəkib. Sozcu.az xəbər veir ki, işsiz olduğunu, yeməyə pul tapmadığını qeyd edib. “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. Əgər kiminsə imkanı çatırsa, mənə kömək ola bilər, yemək alım. İmkanı olan yazsın, kart ataram, pis vəziyyətdəyəm”. Qeyd edək ki, R.Zərgərlinin Jerarddan başqa daha bir övladlığa götürdüyü oğlu da Corc Qafarovdur. O, aktyorluqla məşğuldur. Corc və Jerar Qafarovlar qardaşdırlar. Bundan başqa müğənninin Natəvan adlı övladlığa götürdüyü, Bənövşə adlı isə doğma qızı var.

Bakıda taksi sürücüsünü döyüb maşınını qaçırdılar

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.

Çaylarda sululuq artacaq - Xəbərdarlıq

Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Sürgün cəzası ilə bağlı Abbas Lisaniyə xəbərdarlıq edildi

Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə yerli mənbələr məlumat yayıb. Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib. Məktubda Abbas Lisanidən bu gün avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib. "Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir",- deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib. Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb. Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

"Bəxtim az gətirdi, amma hələ ümid var"

Aktrisa Zümrüd Qasımova sosial media hesabında paylaşım edib. Sozcu.az xəbər verir ki, aktrisa yeni fotolarını yayımlayaraq  2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı bu ifadələri yazıb: "Kino sahəsində bəxtim az gətirdi. Amma hələ ümid var. Bayramımız mübarək olsun".

"Ludoqorets"lə oyuna istədiyimiz kimi hazırlaşa bilmədik" - Qurban Qurbanov

"Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq". Sozcu.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Ludoqorets"lə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. O, Bolqarıstan klubu ilə oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini qeyd edib: "Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq". Q.Qurbanov qeyd edib ki, "Ludoqorets"in bu mövsüm səfər matçlarında uduzması hələ heç nə demək deyil: "Mərhələ iki matçdan ibarətdir. "Ludoqorets"in oyununa baxanda, futbolçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar". Baş məşqçi futbolçusu Elvin Cəfərquliyevin kobud oyuna meyilli olması ilə bağlı sualı da cavablandırıb: "Onun qırmızı vərəqəsini çox da müzakirə etməyə ehtiyac yoxdur. Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu, çox vacibdir. Çünki futbol kollektiv oyundur. Hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin detallar təsir edir. Mənə Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün də yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir biz oyunçuları qoruyuruq. Amma deyirəm ki, komandanı qorumuruq axı. Biri var dirsəklə vurmaq, biri var açıq ayaqla vurmaq. İstənilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, vərəqə versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. Çempionlar Liqasında görürük ki, hakim oyunun əvvəlində sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın". Q.Qurbanov pley-off mərhələsində "Qarabağ" - "Ludoqorets" cütünün qalibi olacaq komandanın rəqibi "Dinamo" (Zaqreb) haqda indidən danışmağın tez olduğunu bildirib: "Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan "Ludoqorets"dir. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq". Q.Qurbanov zədəli olan hücumçu Musa Qurbanlının durumu ilə bağlı da danışıb: "Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər". "Qarabağ"ın çalışdırıcısı öz oyunu ilə diqqət çəkən braziliyalı hücumçu Juninyonu başqa kluba mümkün keçidi ilə bağlı da fikir bildirib: "Bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, onu zaman göstərəcək". Q.Qurbanov "Qarabağ"a yeni oyunçi gələcəkmi" sualını isə belə cavablandırıb: "Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar ki. sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb". Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq.

Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?

“Səhər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi gecələr ağız suyunun ifrazının kəskin azalmasıdır. Xoşagəlməz qoxunun birbaşa əmələ gəlmə səbəbindən asılı olmayaraq əsas səbəbi ağız suyunun azlığı,yetməzliyidir.              İnsanın ağız boşluğunda milyonlarla bakteriyalar yaşayır ki, onlar da ağızda ilişib qalmış qida qalıqlarının tərkibində olan zülal ilə qidalanır. Onlar da öz növbəsində kəskin qoxulu (üfunətli) qazlar xaric edir. Ən çox tanınan kükürd ( lax yumurta qoxusu) və metilmerkaptandır (zibillik qoxusu)”. Bunu Moderator.az-a Ağızdan gələn xoşagəlməz qoxunun ancaq mədədən qaynaqlanması ilə bağlı açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb: “Ağız boşluğunda olan bakteriyalar havasız şəraitdə artıb çoxalırlar.  Ağız suyunun tərkibində oksigen bol olduğu üçün bakteriyaların artıb çoxalmasının qarşısını alır.     Ünsiyyət zamanı narahatlığa səbəb olan xoşagəlməz ağız qoxusu daha çox ağız suyunun ifrazı azalanda yaranır. Məsələn gecə yuxuda ikən. Bu səbəbdən də səhər oyanarkən ağızdan gələn xoşagəlməz qoxu hər kəsə tanışdır. Həyəcan, aclıq ,uzun zaman davam edən monoloq, ağızdan nəfəs almaq-bütün bunlar ağız boşluğunun qurumasına,ağızda xoşagəlməz qoxuya səbəb olur.  Ağızdan gələn xoşagəlməz qoxunun səbəblərindən biri də hələ tam olaraq araşdırılmasa da stressdir.    Yaşla əlaqədar olaraq da ağız suyunun ifrazı azalır. Bu səbəbdən də yenidoğulmuş, körpə uşaqlarda ağız qoxusu daha təravətli olur və ağız boşluğunda bakteriyaların miqdarı kifayət qədər az olur. Yaşlılarda isə əksinə ağız boşluğunda bakteriyaların miqdarı çox olur.    Yaxın dövrlərə qədər belə bir fikir vardı ki, əgər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi tam olaraq məlum deyilsə, o zaman qoxunun səbəbi diş ətinin iltihabı-periodontitdir. Dişlərin üzərinə çökən ərp dişin və dişətinin qidalanmasını pozur, oksigen azlığı yaranır və bu mühitdə anaerob bakteriyalar (çoxalması üçün oksigenə ehtiyacı olmayan) artıb çoxalır,nəticədə dişəti xəstəlikləri və pis qoxu yaranır.     Bakteriyalar ağız boşluğunda dilin üst səthindəki mikroskopik məməciklərdə ərp ilə selikli qişanın arasında artıb çoxalırlar. Dişləri adi qaydada yuyarkən bu koloniyanı təmizləmək mümkün deyil. Dilin məməcikləri üzəri tüklü xalçaya bənzəyir və ən dərinliyinə qədər təmizləmək lazımdır. Təmiz dil çəhrayı rəngdə olur. Ağ ərp orada milyonlarla bakteriyaların olduğunu bildirir.    Səhərlər ağızdan gələn xoşagəlməz qoxunu yox etmək üçün dişləri fırçalamaq, bu zaman təkcə dişləri deyil, eyni zamanda dilin üzərini, damağı və yanaqların iç səthini də təmizləmək lazımdır. Bundan başqa ağızda qida qalıqları qalarsa,diş çöpündən istifadə etmək də məqsədəuyğundur. Ağız suyunun azlığından əziyyət çəkən şəxslər daima yanında su, saqqız, sovurma konfet və s. saxlamalıdırlar. Limonlu su ağız suyu vəzisini qıcıqlandıraraq daha çox işləməsinə,ağız suyu ifrazının artmasına səbəb olur.  Ağız boşluğunu yaxalamaq o qədər də effektiv metod sayılmır, çünki bakteriyalar diş ərpi və selikli qişa arasında sanki qorunurlar .Bu səbəbdən aptekdə adətən tərkibində spirt olan məhlullar deyil, xlorheksidin tərkibli məhlullar məsləhət görülür. Çünki spirt ağız suyunu qurudur və nəticədə qoxu daha da artmış olur.  Ağız qoxusu ilə mübarizədə ən ucuz və effektiv vasitə duzun suda hipertonik məhluludur (1 stəkan suya 1xörək qaşığı duz). Hər istifadə zamanı hipertonik məhlul yeni hazırlanmalıdır. İstifadəsi zamanı hipertonik məhlul selikli qişanı təmizləyir,şişkinlik və iltihabı azaldır,bakteriyaların artıb-çoxalmasının qarşısını alır, badamcıqların lokunalarına daxil olaraq eyni prosesi orda da yerinə yetirir.  Bəzi qidaların,məsələn sarımsağın ağızda qoxu yaratdığını çoxları bilir,lakin çox az adam bilir ki bu qoxunun yaranması üçün sarımsağı yemək vacib deyil. Məsələn sarımsağı pəncə nahiyyəsinə sürtəndə dəri məsamələrindən orqanizmə daxil olaraq qana keçir,qan vasitəsilə ağciyərlərə gəlir və ağızdan tənəffüs zamanı hava ilə qarşıdakı insana ötürülür, sanki ağızdan sarımsaq qoxusu gəlir kimi effekt yaranır”. Həkim, onu da qeyd etdi ki, ağızdakı qoxunun yaranmağının bir çox səbəbləri ola bilər.  “Ağızda quruluq hər hansı xəstəliyin əlaməti ola bilər. Odur ki ağız qoxusu ilə mübarizədə qoxunu yaradan səbəb araşdırılmalıdır.   Məsələn diafraqmal yırtıq zamanı mədə diafraqmadan döş qəfəsinə ..sıxılır.., mədə möhtəviyyatı qida borusuna atılır və bu zaman ağızdan qəbul olunmuş qidanın qoxusu gəlir.  Tənəffüs yollarının infeksiyaları da öz növbəsində ağızdan gələn xoşagəlməz qoxuya səbəb olur. Burun tənəffüsü mümkün olmadığı üçün ağızdan nəfəs alındığı zaman ağız boşluğunda bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Bu səbəbdən həkim müayinəsi  mütləqdir.  Bundan başqa bəzi dərman preparatları (allergiya əleyhinə, sidikqovucu, antidepressant, sakitləşdirici və hipertoniya xəstəliyi zamanı istifadə olunan dərmanlar) ağız suyu ifrazını azaldır. Pəhriz saxlayan şəxslərdə də ağız qoxusu qaçılmazdır. Buna səbəb ağızda olan quruluq və yağların parçalanması nəticəsində əmələ gələn asetondur. Pəhriz saxlayan şəxslər xüsusilə ağız boşluğu gigiyenasına diqqət etməli və mümkün qədər bol maye qəbul etməlidir.  Bəzi qadınlarda menstruasiya öncəsi ağızdan xoşagəlməz qoxu hiss olunur. Səbəb olaraq hormonal dəyişikliklər göstərilir. Hekiminizde muayine olunun ve daima saglam qalın”.

Qalmaqallı direktor narazıdır: "Oğru aləmi"nə aid mahnı oxudu, işdən çıxarıldı...

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib. Sozcu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı üçün müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır. Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə bigə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.

Evi olmayan hərbçilərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyindən AÇIQLAMA

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb. Həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər. Maraqlıdır, seçim necə aparılacaq, ilk mənzillər kimlərə veriləcək, ailələrdə uşaqların sayı nəzərə alınacaqmı, iş təcrübəsində kimlər üstün olacaqlar? Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb. O bildirib ki, bu məsələ ilə bağlı komissiya yaradılıb: "Həmin komissiyada siyahı var. Minimum 20 il qüsursuz xidmət etmiş hərbçilərin adları həmin komissiyada yer alıb. Hərbçilərə mənzillər ardıcıllıqla veriləcək. Burada "ilk" anlayışı yoxdur. Çünki namizədlər mənzilləri püşkatma üsulu ilə özləri seçirlər. Mənzil, bina, blok təsadüfi seçimlə müəyyən edilir. Ailədə uşaqların sayı da nəzərə alınır". MN sözçüsü əlavə edib ki, ailə tərkibi mənzilin ölçüsünə təsir edir: "Məsələn, 100 ev varsa, onlardan 20-si birotaqlı, digər 20-si ikiotaqlı, qalanları üçotaqlı, dördotaqlı və sairdir. Dördotaqlı alan 20 nəfərin arasında püşkatma keçirilir. Onların seçimlərindəki mənzillərin hamısı dördotaqlı olur. Üçotaqlıların püşkatmasında iştirak edən 20 nəfərin seçimlərində isə mənzillər hamısı üçotaqlıdır. Ailə tərkiblərinə görə say tərtib olunur. Püşkatma isə mənzil, bina, blok, mərtəbə rəqəminə görə keçirilir".

İki il əvvəl itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb – KİV

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Bildirilib ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsus meyitlərin qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkarlanıb. Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək. Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

DİQQƏT: Bir sıra dövlət qurumlarında iş rejimi dəyişəcək - RƏSMİ + SİYAHI

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. APA-nın xəbərinə görə, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib. Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb: dirnaq modelleri - dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla); - Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi; - dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi. Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

Pakistanın bu dəstəyi böyük önəm daşıyır - Prezident

Azərbaycan-Pakistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edərkən deyib. Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb. Dövlət başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb. Prezident Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı?

İnternet əsrində yaşamağımızın üstünlükləri çoxdur. Məsələn, hansısa yaramazın bəd əməllərini ifşa edəndə bu ləkə ömürlük onun alnında qalır.  Amma 15-20 il əvvəl belə deyildi. O vaxt yazılarımız qəzetlərdə dərc olunurdu. Mənim də yaltaq və alçaq adamlarla əvvəldən aram olmayıb. Hansısa yalançı və talançı məmuru tənqid edəndə belə deyirdi: “Pislik özünə qalacaq. Sabah sənin yazdığın qəzetə yumurta büküb mağazaya gələn hansısa uşağın qoltuğuna verib yola salacaqlar. Nə qəzet qalacaq, nə də sənin yazdıqların...”  İndi yazdıqlarımızı kiminsə “qoltuğuna vermək” mümkün deyil. Hansısa bədəməli tənqid edəndə bu, onun yeddi qatından keçir. Aradan həftələr, aylar, illər keçir, amma həmin ləkəni alından silmək olmur. İnternet resursları həmin bədəməlin bəd əməlini nəsildən-nəsilə ötürür. onlayn aptek Boş vaxtlarım olanda keçmişə ekskursiya edirəm. Səfər Əbiyev Müdafiə naziri, Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyev Gəncənin başçısı, Misir Mərdanov təhsil, Oqtay Şirəliyev səhiyyə naziri olanda yazdığım yazılar indi də qalır. Əgər kimsə internetdə Cahangir Əsgərovun adını yazsa, qarşısına mənim məqaləm çıxacaq: “Cahangir Əsgərov lotudur?!”  İnternetin sayəsində gələcək nəsillər biləcək ki, Cahangir Əsgərov ortadan bir az yuxarı ranqlı məmur olsa da, uzun illər özünü sözün həqiqi mənasında lotu kimi aparıb. Gələcək nəsillər onu da biləcək ki, Hacıbala Abutalıbov Bakının, Misir Mərdanov təhsilin, Oqtay Şirəliyev səhiyyənin anasını ağladıb. Bu adamlar dolayısı ilə bizim, yəni xalqın anasını ağladıblar... Azərbaycanda atasının yüksək məqamından istifadə edib yolunu azan, sadə insanların ayağının altını qazan xeyli bivec övlad var. Biri dədəsini çərlədib öldürdü, biri atasının vəzifədən getməsinə səbəb oldu, başqa biri isə öz yaramaz əməlləri ilə atasının çiynindəki general ulduzlarını qoparıp ayaqlar altına atdı.  Yəqin söhbətin hansı məşhur generalın “avtoş” oğlundan getdiyini xatırladınız. Sözümü bu adamların qılıncının dalının da, qabağının da kəsdiyi vaxt dediyim üçün təfərrüatlara varmaq istəmirəm. Vəzirov nahaq demirdi ki, Azərbaycan ovuc boyda yerdir. Burada kimin hansı hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir.  Dünəndən bəri sosial şəbəkələr mərhum general Polad Həşimovun oğlu Davud Həşimovun uğurları ilə çalxalanır. Bildiyiniz kimi, Davud 4 xarici ölkədə yerləşən 7 nüfuzlu universitetə qəbul alıb. O, kompüter mühəndisliyi üzrə təhsil alacaq. Deyir ki, bu, atasının arzusu olub.  Azərbaycanda general övladları daha çox ərköyün həyat tərzi ilə gündəmə gəlirlər. Sanki “avtoşluq” yüksək rütbəli zabitlərin uşaqlarının alnına yazılıb. Amma Davud “avtoş” olmadı, Azərbaycanın fəxri oldu. Çünki o, Polad Həşimovun oğludur. General ulduzlarını isti kabinetlərdə deyil, səngərdə alan mübariz bir generalın övladıdır.  Ot kökü üstdə bitir. Oğullar atalarının yolu ilə gedir. Yolun açıq olsun Davud!  Seymur VERDİZADƏ 

Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib

ABŞ dövlət katibi Antoni Blinken Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb. Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb. Mənbələr bildiriblər ki, Blinken İran və “Hizbullah”ın yəhudi dövlətini vuracağına əmindir, lakin bu addımın konkret olaraq nə olacağı bəlli deyil. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, amerikalı diplomat Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəs danışıqlarına təsirindən məyus olduğunu bildirib. Blinken söhbət zamanı deyib ki, Amerika administrasiyası Haniyənin öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə həmişəkindən daha yaxın olduğunu hiss edirdi. Bundan əvvəl Dövlət Departamenti bildirib ki, Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı aparıb və o, Yaxın Şərqdə gərginliyin azaldılması üçün təcili addımların atılmasını müzakirə edib.

İran hücumu: Netanyahu döyüşü buradan idarə edəcək

İsrail Baş Təhlükəsizlik Xidməti Qüds ərazisində İsrail rəhbərliyi üçün yeraltı bunker hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Valla” portalı məlumat yayıb. Bildirilir ki, ölkə rəhbərliyi uzun müddət burada qalaraq ölkəni idarə edə biləcək. Qeyd edilir ki, sözügedən bunker “Hizbullah” hərəkatı və İran tərəfindən gözlənilən hücum fonunda hazırlanıb.

Mənbə: İsrail İrana qabaqlayıcı zərbə endirə bilər

İsrail hakimiyyəti İranın gözlənilməz hücumu ehtimalı ilə əlaqədar olaraq ilk dəfə Tehrana qabaqlayıcı zərbə ssenarilərini nəzərdən keçirir. Sozcu.az Ynet-ə istinadla xəbər verir ki, bu barədə anonim qalmış İsrail rəsmiləri danışıb. Mənbə bildirib: “İlk dəfə baş nazir Benyamin Netanyahu və təhlükəsizlik xidmətləri mümkün qabaqlayıcı zərbəni müzakirə etdilər, bir şərtlə ki, bunun üçün fürsət və apreldə olduğu kimi, İranın zərbə planı haqqında ətraflı kəşfiyyat məlumatı olsun”. turbo az mercedes Bundan əlavə, bu variantı həyata keçirmək üçün ABŞ-ın da kifayət qədər kəşfiyyat məlumatı olmalıdır. Mənbələrin sözünə görə, İsrail tərəfi İranın hücumunu labüd hesab edir və İsrail buna tab gətirə bilər. Hakimiyyətin fikrincə, İran da İsrail kimi münaqişənin genişlənməsini istəmir. Çünki həm İsrail, həm də ABŞ hərbi imkanların zirvəsindədir.

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi - Təfərrüat

09:05 Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır. *** Bərdə rayon Prokurorluğu qadının qaynı tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. Prokurorluqdan avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub. *** Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub. Report xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub. Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb. Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Noyabrda məktəblərdə 10 yox, 17 gün tətil olacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sozcu.az xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i dərs günü olacaq. Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.