İki il əvvəl itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb – KİV

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Bildirilib ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsus meyitlərin qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkarlanıb.

Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

Share on Facebook