Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib.
Məktubda Abbas Lisanidən bu gün avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib.
"Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir",- deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib.
Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.