"Rusiya atom sahəsində vicdanlı iştirakçı ola bilməz..."
"Rusiya şüurlu şəkildə Ukraynanın atom obyektlərində kritik vəziyyət yaratmağa can atır..."
Martın 9-da səhər Ukrayna şəhərlərinə raket zərbələri nəticəsində altı nəfər həyatını itirib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara martın 9-da axşam müraciətində məlumat verib.
Onun sözlərinə görə, terrorçu ölkənin bəşəri dəyərlərlə növbəti döyüşmək cəhdi təkcə bəzi regionlarda elektrikin, istiliyin, suyun müvəqqəti kəsilməsinə deyil, həm də insan qurbanlarına səbəb olub.
"Bu gün Rusiya raketləri altı nəfər ukraynalının həyatına son qoyub. Onların ailələrinə başsağlığı verirəm", - Zelenski deyib.
O, məlumat verib ki, enerji obyektlərində bərpa işləri davam edir.
"Ən mürəkkəb vəziyyət Xarkov, Jitomirdədir. Odessada, Dnepropetrovsk vilayətində, Kiyevdə, Zaporojyedə vəziyyət çətindir. Təmir briqadaları, energetiklər, yerli hakimiyyət, mərkəzi hakimiyyət-hamı şəhər və rayonlara, problem yaşanan yerlərə enerjinin verilməsini bərpa etmək üçün nə qədər lazımdır işləyəcək. Mən bunun naminə işləyənlərin hamısına minnətdaram", - dövlət başçısı əlavə edib.
"Rusiya süurlu şəkildə Ukraynanın atom obyektlərində kritik vəziyyət yaratmağa can atır"
Martın 9-da işğalçılar Zaporojye AES-i qidalandıran sonuncu xətti zədələyib.
Rusiya atom sahəsində hər hansı münasibətlərin vicdanlı iştirakçısı ola bilməz.
"Zaporojye AES yenidən şəbəkədən ayrılıb. Bu, kritik vəziyyəyydir. Rusiya bilərəkdən bizim atom obyektlərimizdə belə kritik vəziyyətləri yaradır. Bu, sadəcə, o deməkdir ki, Rusiya atom sahəsində hər hansı münasibətlərin vicdanlı iştirakçısı ola bilməz", - o, deyib.
Martın 9-da işğalçılar Ukraynanın enerji obyektlərini güclü raket hücumuna məruz qoyub, o cümlədən Zaporojye AES-i qidalandıran sonuncu xətti zədələyib.
Stansiya işğal müddətində altıncı blekauta daxil olub və dizel generatorlarla işləyib. Saat 17:23-də "Ukrenerqo" şirkətinin mətbuat mərkəzi elektrik təchizatının bərpa edilməsi barədə məlumat verib.
"Rusiya nə qədər namərdliklər etsə də, dövlətimiz və xalqımız buxovlarda olmayacaq"
Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinə martın 9-da Rusiyanın güclü raket hücumunun qarşısının alınmasına görə minnətdarlıq edib.
O, Rusiyanın hücumlarının dəf edilməsində 138-ci Dnepr, 160-cı Odessa və 208-ci Xerson zenit raket briqadalarını xüsusilə qeyd edib.
"Biz Ukraynanın nəyə qadir olduğunu artıq göstərmişik. Rusiya nə qədər namərdliklər etsə də, dövlətimiz və xalqımız buxovlarda olmayacaq. Rusiyanın nə raketləri, nə də vəhşilikləri ona kömək etməyəcək", - prezident deyib.
O, həmçinin ölkə üzərində səmanın tam müdafiə edlməsinin vacibliyini anlayan və "insanların normal həyatlna zəmanət verilməsində kömək etməyə hazır olan" beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib.