Messi "Barselona"ya qayıtmaq istəyir, amma...

PSJ-nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmaq istəyir.

Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, 35 yaşlı forvard "Barselona"ya keçmək istəyir, lakin kataloniyalılar keçmiş liderini geri qaytarmaq üçün heç bir addım atmayıblar. Qeyd olunur ki, vəziyyət hər an dəyişə bilər.

Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Argentinalı hücumçu 2021-ci ildən Fransa klubunda çıxış edir. Bundan əvvəl Messi uzun müddət "Barselona"da oynayıb (2004-2021).

Share on Facebook