Bu gün Bakıda baş verən insident zamanı yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi olduğu barədə məlumat yayılıb.
Universitetin Axar.az-a açıqlamasında məlumat təsdiqlənib.
Bildirilib ki, F.Rəhimli universitetin IV kurs tələbəsidir:
"O, hərbi tibb fakültəsində təhsil alır. Yaxın saatlarda bununla bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək”.