Ermənilər NARAHATDIR: MN 48 yaşa qədər kişilərə ÇAĞIRIŞ GÖNDƏRDİ

“Bölgələrdə kişilərə Müdafiə Nazirliyindən bildirişlər gəlib”.

Bu barədə “İravunk” qəzeti məlumat yayıb. Ermənilər göndərilən bildirişlərdən narahat olmağa başlayıblar.

Qəzet yazır: “Bu günlərdə rayonlarda insanlar çox narahatdır. Dövriyyədə olan xəbərlərə görə, 48 yaşa qədər çoxlu sayda kişiyə hərbi təlimlərdə iştirak etmək üçün xəbərdarlıq edilib. Bu, çoxlarının tezliklə mümkün müharibənin olacağı qənaətinə gəlməyə səbəb olub.

“İravunk” Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyandan təfərrüatları öyrənməyə çalışıb. O, bildirişlərlə bağlı xəbəri mahiyyətcə təsdiqləyib. O vurğulayıb ki, ehtiyatda olan hərbi hissələrdə qeydiyyatda olan vətəndaşlara təlim-məşq toplanışlarında iştirak etmək üçün bildirişlər göndərilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi onu da əlavə edib ki, bundan əvvəl bu barədə Ermənistan hökuməti də məlumat verib. (konkret.az)

Share on Facebook