Səudiyyə Ərəbistanı mülki nüvə proqramının həyata keçirilməsi üçün yardım alacağı, həmçinin Vaşinqtondan təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə İsraili tanımağa hazırdır.
Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrinə istinadən məlumat yayıb.
“Ər-Riyad Təl-Əvivlə diplomatik münasibətlərin qurulması istiqamətində İsrail və ABŞ-la üçtərəfli məsləhətləşmələr aparır. Əsas şərt uranın zənginləşdirilməsi texnologiyasının ona ötürülməsini əhatə edən nüvə enerjisi proqramının inkişafına kömək, həmçinin ABŞ-dan təhlükəsizlik və müdafiə yardımı təminatlarıdır. İki ölkə arasında münasibətlərin normallaşması Vaşinqton və İsrail üçün nüvə proqramının həyata keçirilməsinə görə İranla qarşıdurmanın kəskin artmasından sonra xüsusilə aktuallaşıb”, - məlumatda deyilir.