Moldova Müdafiə Nazirliyi Almaniyadan pilotsuz uçan aparatların (PUA) göndərilməsini gözləyir.
Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy yerli “Jurnal TV” kanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, ölkəsi hərbi sahədə prioritetləri, eləcə də müharibə taktikalarını nəzərdən keçirir.
Nosatıy qeyd edib ki, Almaniya Moldovaya “Piranha” zirehli transportyorları ilə birlikdə daha əvvəllər vəd edilmiş PUA-ları göndərəcək: “Moldova üçün nəzərdə tutulan PUA-lar istehsal prosesindədir”.
Qeyd edək ki, daha öncə Almaniya Moldovaya hərbi yardım çərçivəsində 6 ədəd “Piranha” zirehli transportyoru tədarük edib.