Bakının mərkəzində atışma: yaralıların adı açıqlandı

14:48

Bakının Nəsimi rayonunda atışma olub, 2 nəfər güllələnib.

Sozcu.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, "Görüş" restoranının önündə qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, - məlumatda deyilir.

***

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Bu barədə DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

Share on Facebook