Çiyələk faydasına görə ən möcüzəvi giləmeyvələrdən biridir.
Mövsümünün başlamasını nəzərə alaraq, “Medicina”ya istinadla bu giləmeyvəylə bağlı ən vacib məlumatları təqdim edir.
Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir.
100 qram çiyələyin qida dəyəri:
1. Zülallar - 0,7 qr
2. Yağlar - 0,3 qr
3. Karbohidratlar - 5,7 qr
4. Su - 91 qr
5. Kalori - 30 kKal.
Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Bunlar çiyələyin növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətrə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr və vitaminlərdir.
Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium (126mq), fosfor (85 mq), kalsium (41 mq), natrium (28mq), maqnium (22mq), dəmir (13 mq), yod (8mq), askoprbin turşusu (50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O həm də A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir.
Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da kömək edir.
Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır.
Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir.
Bundan əlavə böyrək daşı, böyrəklərin və sidik kisəsinin iltihabı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında faydalı təsirə malikdir. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəliklərindən əziyyət çəkənlər də bu meyvədən bol-bol istifadə eləməlidir.
Digər faydaları:
- həzm sistemini sürətləndirir;
- orqanizmə antimikrob təsir bağışlayır;
- avitaminozun aradan qalxmasına səbəb olur;
- dərini gözəlləşdirir;
- angina və stomatit əlamətlərini aradan qaldırır;
- orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir;
- dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır.
Çiyələyin yalnız bir zərərli xüsusiyyəti var – Bəzi insanlarda allergiya verə bilər. Ona görə də allergik insanlar çiyələkdən ehtiyatla istifadə etməlidir.
Bundan əlavə qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə, hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdən də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür.
Appendesit xəstələri də çiyələk yeyərkən diqqətli olmalıdır.