Beyləqanda azyaşlı quyuya düşərək öldü

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Sozcu.az xəbər verir ki, hadisə Tatalılar kəndində baş verib.

Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Share on Facebook