Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 647-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 331110 hərbçi, 5571 ədəd tank, 10385 ədəd zirehli döyüş maşını, 7941 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 410 ədəd avtomobil texnikası, 5994 ədəd PUA, 1568 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1138 xüsusi avadanlıq itirib.

Share on Facebook