2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib.
Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, İsrail-HƏMAS arasında müharibə başlayandan sonra İranda edam edilənlərin sayı daha da artıb. Təkcə 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib.
Məlumata görə, cari ilin 11 ayı ərzində icra edilən edamlar son 8 ilin rəqəmləri ilə müqayisədə rekord kimi qeydə alınıb.
Bununla bağlı Avropa Birliyi (AB) bəyanat yayaraq, İran hökumətinin əməlini “dəhşətli və qeyri-insani davranış” adlandırıb, bu ölkədən edamları dayandırmağı tələb edib.
AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib, Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib.