Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Sozcu.az xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutur.
Hakim prosesdə elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Bununla yanaşı, ona hüquqlarını izah edib.
Qaqik Voskanyanın anket məlumatları dəqiqləşdirilib. Belə ki, o, 1983-cü ildə İrəvan şəhərində anadan olub, subaydır və orta təhsillidir. İrəvanda Davtaşen küçəsində 17 nömrəli məhəllədə qeydiyyatdadır. Qaqik Voskanyanın hüquqlarını dövlət hesabına vəkil Dilsuz Məmmədov müdafiə edəcək.