İlqar Mustafayevin həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri İlqar Əziz oğlu Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. *** 15:55 Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. Sozcu.az-ın "Report"a istinadən məlumatına görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham verilib. Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.

Ağlasığmaz: Ruslar Ukrayna əsgərini qılıncla doğradı

Rusların qılıncla edam etdikləri silahsız, əli bağlı ukraynalı əsgərin görüntüləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT ilə əlaqə saxlamışıq. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinets deyib. “Barbarlığın və qaniçənliyin səviyyəsi ağlasığmazdır. Bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”, - Lubinets bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə sinəsinə qılınc sancılmış ukraynalı əsgərin görüntüləri yayılıb. Bildirilib ki, rus hərbçilər onu edam etdikdən sonra üzərinə “Kurska görə” yazısını yazıblar. Hadisənin harada baş verdiyi məlum deyil.

DƏHŞƏT! 8 yaşlı Narin boğularaq öldürülübmüş

Türkiyənin Diyarbəkir şəhərində 19 gün davam edən axtarışlardan sonra sentyabrın 8-i cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi məlum olub.  Sozcu.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.  Bildirilir ki, Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.  vakansiya Qeyd edək ki, Narinin qətlində əsas şübhəli ailənin yaşadığı Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran olub. O, qəsdən adamöldürmə maddəsi ilə həbs olunub. Hadisə ilə əlaqədar 20-dən çox şəxs saxlanılıb. 

Respublika üzrə pensiyalar sentyabrın 20-də ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Prezident bu rayonların icra başçılarını dəyişdi

Prezident İlham Əliyev Hacıqabul və Salyan rayonlarının icra başçılarını dəyişib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyana, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmov isə vəzifəsindən azad edilərək, Hacıqabul rayonuna başçı təyin edilib.

Sumqayıtda 20 yaşlı fəhlə faciəvi şəkildə öldü

Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb. Hadisə Zeynalabdin qəsəbəsinin ərazisində qeydə alınıb. Sozcu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov qəsəbədə aparılan tikintilərdən birində iş zamanı hündürlükdən yıxılaraq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli fəal Hüseyn Pirinin məhkəməsi olub

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Hüseyn Pirinin məhkəməsi olub. Bu barədə insan haqları fəalları məlumat yayıb. Bildirilib ki, milli fəalın məhkəmə iclası Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilib. Güseyn Piri barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib. Azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirdiyinə görə, sentyabrın 2-də təkadamlıq kameraya salınıb. Qeyd edək ki, Hüseyn Piri fevralın 6-da başqa bir neçə fəalla birgə həbs edilərək Evin həbsxanasına köçürülüb. O, "hökumətə qarşı təbliğat” və “daxili və xarici təhlükəsizliyi pozmaq üçün əlbir olmaq"da günahlandırılıb.GünazTV

Ançelotti şikayətləndi

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçuların tez-tez zədə alması barədə danışıb. Sozcu.az xəbər verir ki, mütəxəssis buna oyun qrafikinin sıxlığının səbəb olduğunu söyləyib:  “Cədvəl çox sıxdır. Çempionlar Liqası yeni formatdadır və heç kim nəyin necə olacağını bilmir. Amma görünən odur ki, sıx qrafikdə daha 2 oyunumuz var. Rəhbər orqanlar çox oynadıqları üçün zədə alan oyunçular haqqında düşünməsələr, böyük problemlər yaşayacağıq. Onlardan matçların sayını azaltmaq barədə düşünməyi xahiş edirəm”. Qeyd edək ki, "Real" ÇL-in Liqa mərhələsinin 1-ci turunda bu gün "Ştutqart"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Toyda Kərimin barmağını sındırıblar - Yeni fakt

Müğənni Kərimin toyda döyülməsi ilə bağlı yeni fakt məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, toyda fonaqramma üstündə düşən davada Kərimin barmağını sındırıblar. Polis hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edib, araşdırmalar davam etdirilir. Qeyd edək ki, müğənni Kərim toyda fonaqramma üstündə döyülüb. Hadisə sentyabrın 10-da Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.

Rusiyanın 9 şəhəri vurulacaq: 5 milyon əhali təhlükədə

Ukrayna icazə alarsa, Rusiyanın 9 böyük şəhəri və 4,7 milyon əhalisi uzaqmənzilli Qərb raketlərinin hədəfinə düşəcək. Sozcu.az xəbər verir verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, uzaqmənzilli raketlərin hədəf zonasına Rostov (1,14 milyon) və Voronej (1,046 milyon) kimi iki milyonluq şəhər də daxil olacaq: “Bundan başqa, Qərb raketləri hazırda HİMARS raket sistemlərinin əhatə dairəsindən kənarda olan 436 min nəfərin yaşadığı Kurska çata biləcək. Eləcə də müvafiq olaraq 296 min və 373 min nəfər əhalisi olan Oryol və Bryansk şəhər mərkəzləri, Azov dənizinin sahilində yerləşən Taqanroq şəhəri (245 min nəfər) uzaqmənzilli silahların hücumuna məruz qala bilər. Lipetsk (486 min nəfər), Smolensk (312 min) və Kaluqa (329 min) də ATACMS raketlərinin (300 km) əhatə dairəsindədir. Amma 250 km-ə qədər məsafə qət edən Britaniyanın “Storm Shadow” raketləri bu şəhərlərə çatmaya bilər”.

Azərbaycan İrandakı səfirini geri çağıra bilər

İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır. Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olan bu hadisəni media da diqqətlə izləyir. Sozcu.az Report-a istinadla xəbər verir ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər. Bəs nədən bu qərarın icrası gecikir? Apardığımız araşdırma ortaya bir sıra ehtimalların çıxmasına səbəb olub. Məsələn, terroru törədən İran vətəndaşı Yasin Hüseynzadənin həyat yoluna nəzər salsaq, ortaya bir sıra maraqlı məqamlar çıxır. 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var. Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edam olunmasının qarşısını çox güman ki, onun SEPAH üzvü olması alır. Məhz bu qurum onun edamının icrasına əngəl olur. Halbuki, bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin. Qeyd edək ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Və təəccüb doğuran hal hadisə yerinə polis əməkdaşlarının ən sonda gəlməsi olub.

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.  Sozcu.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.  “Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”, - A.Hacızadə vurğulayıb.

Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. vakansiyalar Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq. 

ABŞ Bayramov və Mirzoyanı görüşdürməyə çalışır

Biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyərək deyib. O bildirib: “Əlbəttə, həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik”. vakansiya Millerin sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin bağlanması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Vaşinqton onları istənilən yolla dəstəkləməkdə, o cümlədən faydalı olarsa, görüşü çağırmaqda qərarlıdır. Eyni zamanda, dövlət katibi Blinkenin Nyu-Yorkda belə bir görüşü təşkil edib-etməməsi ilə bağlı birbaşa suala Miller konkret açıqlama verməkdən yayınıb.

Elman Paşayev Moskvada SAXLANILDI

Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada iş adamı Aleksey Blinovski ilə görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində onu və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.

Sürətlə yayılan virusa görə bir ştatda karantin ELAN EDİLDİ

Hindistanda ötən gün bir nəfərin nipah virusundan ölməsindən sonra hökumət ilkin olaraq Kerala ştatında karantin rejimi elan edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yeni qərarla virusun sürətlə yayıldığı əsas gətirilərək vətəndaşların tibbi maskadan istifadəsi məcburi hesab olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı sözü gedən ölümcül virusun müalicəsinin olmadığını açıqlayıb. Qurumun bir müddət əvvəl yaydığı rəsmi açıqlamada onun dünyada sürətlə yayılma riskinin olduğu qeyd edilib.

İlk dərs günü bədbəxt hadisə: 16 yaşlı məktəbli itkin düşdü

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb. Sozcu.az-ın məlumatına görə, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb. Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb: "İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb".  Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

Cəbrayılda tender: bir evin tikintisinə 159,6 min manat xərclənəcək

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək. Sozcu.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC olub. Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb. Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir. Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı, nizamnamə kapitalı isə 10 manatdır.

Asif Yusifli AXCP-dən istefa verdi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində paylaşım edib. A. Yusifli partiyadan ayrılma səbəbini AXCP-nin xroniki boykot qərarları ilə əlaqələndirib. vakansiyalar Qeyd edək ki, AXCP 2013-cü ildən sonra bütün seçkilərdə iştirak etməyib.

Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan

Ermənistan və Azərbaycan sülh müqaviləsi mətninin təqribən 80 faizini razılaşdıra biliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib. “Biz Azərbaycanı yaxın vaxtlarda sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və müzakirələri davam etdirməyə dəvət etdik”. Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var. “Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaq”, - Nikol Paşinyan deyib.

Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi

Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar. 

"Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər"

Uşaqların sayının azalması doğuşun sayının azalması və uşaq ölümünün artması ilə bağlıdır. Daha çox isə doğuşun sayının azalması ilə bağlıdır. Yəni insanlar gec ailə qurur və ailə qurduqdan sonra çalışırlar ki, ailədə maksimum 2 uşaq olsun.  Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, valideynlər uşaqları böyütməkdə çətinlik çəkdikləri üçün növbəti uşaq istəmirlər: “Valideynlər uşaqları böyütmək, baxmaq, onlara sona qədər çətinlik çəkəcəklərini bildikləri üçün növbəti uşaq istəmirlər. Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər. Ona görə də uşaqların sayında azalma müşahidə edilir. Bu daha çox sosial müdafiə və imkana bağlı bir məsələdir. Çünki bizdə uşaq ölümü elə də kritik səviyyədə deyil. Sadəcə insanların imkan və şəraitlərindən asılı olan bir məsələdir ki, bu da uşaqların sayının azalmasına gətirib çıxarır. Belə olanda ailələr çox uşaq istəmir və əlavə problem, öhdəliklər yüklənmək istəmirlər”.

Bakı sakinlərinə PİS XƏBƏR: Aylarla davam edəcək...

Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil.  Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında mövcud vəziyyətdən danışıb:  “Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil”.  kapital bank vakansiya Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib:  “Ənənəvi dərslərlə bağlı yaranan sıxlıq və tıxaclar hər il gündəmə gəlir və təkrarlanır. Bunun hər hansı formada həllini axtarıb-tapmaq üçün müəyyən qurumlar və mütəxəssislər məsələnin üzərində çalışırlar.  Əgər problemin qarşısı alınmazsa, belə də davam edəcəkdir. Biz bunu birmənalı olaraq qəbul etmək məcburiyyətindəyik.  Tıxaclarla bağlı digər bir məsələ isə budur ki, şəhərin müxtəlif ərazilərində olan tıxaclar var ki, onların dərs ilinin başlamasına heç bir aidiyyatı yoxdur. Onlar öz zamanında baş verir”. 

Ev və obyekt sahiblərinin DİQQƏTİNƏ - Yüksək təzminat ala bilərsiniz

Paytaxtda nəzərdə tutulan şəhər planlaması ilə əlaqədar söküntü və restavrasiya işləri son avxtlar daha da intensivləşib. Bu zaman bəzən söküntüsü nəzərdə tutulan əmlakın yaxınlığında və ya ona bitişik olan obyektə də zərər dəyir. Belə vəziyyətlərdə adətən zərərçəkmiş əmlakın sahibi ilə söküntünü həyata keçirən məsul subyekt arasında anlaşılmazlıq və mübahisə yaranır.   Bəs görəsən, bu cür sitasiyalarda zərərçəkmiş hansı hüquqlara malikdir? Mövzu ilə bağlı  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Yenisabah.az-a açıqlamasında bildirib ki, əmlakın hüquqi statusundan asılı olmayaraq, belə hallarda vətədaşlara mütləq şəkildə kompenasiya ödənilməlidir:  azal vakansiya “Hər hansı bir sənədin olub-olmamasından asılı olmayaraq, əgər hansısa vətəndaş bəlli bir ünvanda yaşayırsa, onun yaşadığı əmlaka bu və digər formada zərər vurularsa, mütləq şikayətçi olmalıdır. Söküntü və təmir-bərpa işləri vətəndaşlara hər hansı narahatlıq yaratmamaq şərti ilə həyata keçirilir. Müəyyən prosedur qaydaları mövcuddur ki, həmin ərazilərdə əgər hər hansı bir tədbir həyata keçirilirsə, mütləq təhlükəsizlik təmin edilməlidir və yanaşı olan tikililərə hər hansı bir xətər toxunulmamalıdır. Əgər belə bir ehtimal varsa belə, mütləq şəkildə xəbərdarlıq olunmalıdır və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır. Digər tərəfdən, xüsusi geyimlər təqdim olunmalı, ətrafdakı nəzərdə tutulan radiusda təhlükəsizlik xətti müəyyən edilməli və həmin xəttə vətəndaşlar buraxılmamalıdır”.  Vüqar Oruc dəymiş zərərin hesablanması üçün qiymətləndirici şirkətlərə müraciət edilməli olduğunu diqqətə çatdırıb: “Əgər söküntü prosesinin gedişində hər hansı bir şəxsə yaxud tikiliyə zərər dəyibsə, bu istiqamətdə söküntünü həyata keçirsən təşkilat mütləq qaydada təzminat ödəməlidir. Dövlət əhəmiyyətli söküntüdür deyə, belə nəticə meydana çıxırsa, qarşı tərəf məsuliyyət daşımır deyə bir qayda yoxdur. İstər dövlət, istər özəl olmasından asılı olmayaraq, vurulan zərər hüquqi və inzibati məsuliyyətə səbəb olur və mütləq şəkildə kompensasiya edilməlidir. Əgər qarşı tərəf bunu ödəməkdən boyun qaçırırsa, əmlak sahibi qiymətləndirmə şirkətlərinə müraciət etməlidir. Əmlak əgər icbari olaraq sığortalanıbsa, sığortaçı şirkətə məlumat verilməlidir”.