Baba, nənə və nəvə dəm qazından zəhərləndi, biri öldü

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.

R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.

Share on Facebook