Nikolas Maduro Nyu Yorkun Bruklin rayonundakı Metropoliten təcridxanasında təkadamlıq kamerada saxlanılır.
Sozcu.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“O, təxminən kiçik bir kamerada metal çarpayı, tualet və kiçik pəncərə ilə təchiz olunub. Həftədə üç dəfə bir saat mühafizə altında kameradan çıxa bilər.
Deyilənə görə, o, tez-tez gecələr qışqırır, qaçırıldığını deyir və "Mən Venesuelanın prezidentiyəm" qışqırır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayaraq ölkədən aparıb.
