Bakıda maşın qadını vurub öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Sozcu.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Səlim Etibar oğlu Əliyevin idarə etdiyi "Mersedes Benz e400" markalı avtomobillə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulovanı vurub.

Piyada Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, A.Rəsulova ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Share on Facebook