Rusiyanın Labinsk şəhərində neft anbarında güclü yanğın baş verib.
Sozcu.az xəbər verir ki, yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülsə də, güclü külək səbəbindən yanğın digər neft çənlərinə də yayılıb.
Qeyd edək ki, yanğın martın 16-na keçən gecə Labinsk sənaye zonasındakı neft anbarına PUA-nın qəlpələrinin düşməsi nəticəsində baş verib.
Martın 15-i və 16-sı Rusiya Ukraynaya məxsus 170-dən çox dronu vurub.
