"Hunday" yolun kənarında dayanmış UAZ-a çırpıldı: ölən var

Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyevin idarə etdiyi "Hunday" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış UAZ markalı avtomobilə çırpılaraq aşıb.

Hadisə nəticəsində C.Əliyev ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Share on Facebook