Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Venesueladakı əməliyyatını şərh edərkən deyib.
Zelenski qeyd edib ki, belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər.
Qeyd edək ki, ABŞ ordusu 3 yanvarda Karakasa zərbələr endirib, xüsusi təyinatlılar isə Prezident Maduronu ələ keçirərək, ABŞ-a aparıb.
