"Çimnaz məndən hələ də əl çəkmir. Bilmirəm niyə görə".
Sozcu.az Moderator-a istinadla xəbər verir ki, bunu aktrisa Nəzakət Məmmədova deyib.
O əlavə edib: "Belə fikirləşirəm ki, mənim sayəmdə o həmişə gündəmdə qalmaq istəyir. Çünki Çimnazın işləri, nailiyyətləri yoxdur ki, insanların yadında onunla qalsın. Yalnız qalmaqal edərək özünü gündəmdə saxlamaq istəyir.
Son zamanlar mən də gördüm ki, sosial şəbəkələrdə xəbər yayılıb ki, guya Çimnazın videosunun altına nəsə yazmışam. Bədəninin hansısa hissəsini göstərib həmin videoda. Həqiqətdə heç nə yazmamışam. Nə vaxtsa nəsə yazanda deyirəm ki, yazmışam, yaxşı etmişəm, haqqına etmişəm. Məni insanlar da görəndə deyirlər ki, düz deyirsiniz, Çimnazın etdikləri artıq biabırçılıqdır. Amma son yazını həqiqətən də mən yazmamışam. Çimnaz artıq başqa şeylərə əl atır, feyk profillər yaradaraq mənim adımdan rəylər yazır. Bu artıq acizlikdir".
N. Məmmədova qeyd edib: "Mən Çimnaz haqqında sonuncu dəfə bir söz dedim. Aylar əvvəl olmuşdu bu qalmaqal. Mən artıq ona baş qoşmaq istəmirəm. Verilişlərin birində soruşdular ki, aktrisaların nəyi xoşunuza gəlmir?! Mən də bir tamaşaçı kimi fikrimi söylədim ki, Çimnazın geyim tərzi, özünü aparmağı heç Azərbaycan qadınına xas olan bir hərəkət deyil. Bu Azərbaycan üçün biyabırçılıqdır.
Bu sözü demişəm və arxasında da dururam. Mən onu təhqir etmədim, tənqid etdim. O tənqidə təhqirlə cavab verir. O insanın tərbiyəsində, mədəniyyətində problemlər var. Hər bir insan tənqid edə bilər. Bütün xalq bizi tənqid edə bilər. Bu o demək deyil ki, insanları buna görə təhqir etməliyik. Mən qalım bir yana, o mənim oğlumun, qızımın haqqında təhqirəmiz sözlər yazıb. Bu artıq mədəniyyətsizlikdir.
Filmlərdə çəkildiyim səhnələrdən görüntülər paylaşır. Mənim həyatımdan, qızımın, oğlumun həyatından götür nələrsə paylaş, mən də deyim ki, biz də özümüzü sənin kimi apara bilmirik. O ana deyil, ana olsaydı bala qədri bilərdi. Mən öz balalarımın qədrini bilirəm, onları qoruyuram, əzizləyirəm. Mən heç bilmirəm ki, onun övladı var yoxsa yoxdur?! Təbii ki, var övladı, amma ana deyil, övladı ilə yəqin ki, fəxr etmir.
Çimnaz mənim səviyyəmə, statusuma uyğun bir adam deyil ki, onun haqqında danışım, qalmaqal edim. Odur məndən əl çəkməyən. Çimnaz deyir ki, məni heç kim tanımayanda, o gündəmdə olub. Mən Azərbaycanda tanınanda, sən ümumiyyətlə harada idin?! Səni hardan tanıyırlar? Nə nailiyyətin var? Sən yalnız seksual hərəkətlərini, gündəlik həyatını tamaşaçılara göstərmisən. Bu sənin həyat tərzindir. Mənim heç vecimə də deyil ki, Çimnaz ayağını, əlini açıb, nə göstərəcək?! Bu artıq xəstəlikdir, psixoloji problemdir. O bədənini insanlara nümayiş etdirməklə seksual həzz alır. Gedib özünü müalicə etdirsin, məndən də əl çəksin".